Qaradərili aktrisa ilin ən gözəl qadını seçildi - FOTOLAR
Bizi izləyin

Qadın

Qaradərili aktrisa ilin ən gözəl qadını seçildi - FOTOLAR

"People" jurnalının hər il keçirdiyi sorğuya əsasən "İlin ən gözəl qadını" statusuna bu il Lupita Nionqo layiq görülüb.

Publika.Az xəbər verir ki, keçən ilin ən gözəl qadını Qvinet Peltoru seçilmişdi. Bu il siyahını başqa qadınlar əvəz edib. Aktrisayla yanaşı, siyahıda Cenna Dyuenn-Tatum, Pink, Ember Herd, Molli Sims, Keri Rassel, Steysi Kibler, Qebriel Yunion, Mindi Kalinq və Kerri Vaşinqtonun adı var.

Lupita Nionqo ekzotik gözəlliyi, qüsursuz dərisi və ideal bədən ölçüləri ilə diqqət çəkir. Aktrisa jurnalın bu seçiminə görə, çox razı qaldığını və minnətdar olduğunu bildirib:

"Mən hər zaman ağ dəri və açıq saçlar arzusunda olmuşam. Görünür, qadınlar özlərində olanı kifayət qədər dəyərləndirmirlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm