• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Gül çayı dərini gəncləşdirir

  • Qadın
  • 25 Aprel 2014 12:10
  • 2 848 Baxış
Gül çayı dərini gəncləşdirir

Dərinin yaşlanması genetik, ətraf-mühitin təsiri və digər faktorlardan çox asılıdır. Yaşlandıqca bədəndəki molekullar, hüceyrələr azalır və dəri əvvəlki keyfiyyətini itirir.

Ölkəmizdə də yetişən gül suyu bu baxımdan çox dəyərli bitkidir. Çiçəklərindən əldə edilən uçucu yağın faydası olduqca böyükdür. Yeni aparılan araşdırmalar nəticəsində gül ləçəklərinin bilmədiyimiz özəllikləri tapılıb. Kölgədə qurudulan qızılgül qırmızı ləçəkləri çay kimi dəmlənib içilir. Bu çayın tərkibində antioksidant olduğu üçün ömrü uzatdığı məlum olub. Həmçinin gül suyu dərini sıxlaşdırır. Makiyajı gül suyu ilə silərək onun elsatikliyini qoruya bilərsiniz.

Gül çayı həm qoxusu, həm də dadı ilə əsəbləri sakitləşdirir. Gül çayını hazırlamaq üçün qızılgülün ləçəkləri lazımdır. İsti yaz və yay günlərində sərinləmək üçün təravətli qızılgül çayı yerinə düşür. Qurudulmuş bitki satılan mağazalardan qızılgül alın və hər səhər bir neçə ləçəyini qaynar suyun içinə atın. Gülün suyun dibinə qədər çökməsini gözləyin.

Qızılgül bəzi ölkələrdə qızılgül yağı almaq məqsədi ilə becərilir.Güldən alınan yağ ətriyyatda ən bahalı ətirlərə əlavə edilir. Bundan başqa qızılgül yağından təbabətdə də istifadə olunur.

Boğaz iltihablarına və badamcıq vəzlərinə qarşı təsirlidir.

Mikroböldürücü təsirə malikdir.

Dəri və dəri xəstəliklərinə qarşı faydalıdır.

Ağız yaralarının sağalmasına kömək edir.

Diş ağrılarını aradan qaldırır.

Öksurəyin qarşısını alır.

Tərləməyə qarşı faydalıdır.

Ürək bulanmasının qarşısını alır.

Qan azlığına faydalıdır.

Allergiyaya qarşı faydalıdır.

Qızılgül mürəbbəsi həzm prosesini asanlaşdırır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR