Rus dəbinin valehedici kraliçası - FOTOLAR
Bizi izləyin

Qadın

Rus dəbinin valehedici kraliçası - FOTOLAR

Ulyana Serqenko 1973-cü il tarixində Moskvada dünyaya gəlib. Onun uşaqlığından bəri iki ehtirası olub: moda və fotolar. Ancaq maddi imkansızlıqdan dolayı bu iki sahənin heç birində işləməyə fürsət tapmır. Lakin onun həyatında nağıllardakı kimi dönüş yaranır.

Bir gün Ulyana Serqenko üçün hər şey dəyişir. Rusiyanın ən zəngin iş adamlarından biri Danil Khachaturov ilə evlənir. Həyat yoldaşının hərtərəfli maddi dəstəyi nəticəsində 2 il ərzində şəxsi markasını yaradır.

İstedadı və tərzi sayəsində qısa müddət ərzində moda dünyasında inqilab edir. Orijinal stili ilə bu gün təkcə Rusiyanın deyil, bütün dünyanın dəb ilahəsinə çevrilir.

Ulyana Serqenkonu digər dəb ilahələrindən ayıran 1950ci illərin dəb tendensiyalarından ilham almasıdır. İncə beli, qüsursuz üz cizgiləri və dramatik geyimləri ilə hər kəsi özünə valeh edir. Publika.az Ulyana Sergenkonun stilinin diqqət çəkən detallarını təqdim edir:

Tafta, məxmər və krujeva - Dəb ilahəsinin gecə dəvətlərində geyindiyi əsasən qabarıq taftadan tikilən ətəkləri, belə oturan məxmər donları və ən bahalı krujeva paltarları incə zövq nümunəsidir. Hətta günün istənilən saatında ən eleqant paltarlarından vaz keçmir.

Basma ətək və donlar - Onun stilində etnik üslubun elementlərinə tez-tez rast gəlirik. Milli rus geyimlərinə xas iri güllü basma donlar və ətəklər ən sevimli stilidir. Yerə qədər sürünən güllü donları və ətəkləri ilə onu Rusiya dəbinin kraliçası adlandırmaq olar.

Qısa və transparan donlar - Ulyana Serqenko son zamanlarda stilində dəyişiklik edib. Belə ki, incə bədən quruluşuna yaraşan qısa donlarda o, çox seksual görünür.

Hündürdaban ayaqqabılar - Ulyana Serqenko adətən hündürdaban ayaqqabılarla göz oxşayır. Onu düz ayaqqabılarda görmək çətin məsələdir.

Şallar və şlyapalar - Ulyana Serqenko papaqları ilə hər zaman diqqət çəkir. Onun üslubunda dəbdəbəli zinət əşyalarına rast gələ bilməsək də taxdığı eleqant papaqlar onu çox kübar göstərir. Yəni əsas aksesuarları onlardan ibarətdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm