Qadın
Cazibədar qadınlar haqqında çox maraqlı faktlar
Seksual qadınlar nə etsə, nə geyinsə də kişilər gözlərini onlardan çəkə bilmir. Bəs onların bu cazibəsinin və seksuallığının sirri nədədir? Qadın ilk növbədə özünə inanmalıdır. Çünki özünə inamlı qadınlar hər zaman daha çəkici, seksual görünür.
Sirlidir - Dürüst olsa da, özü haqqında hər şeyi bir anda ifşa etmir. Əlindəki kartları isə hamıya göstərməməyə üstünlük verir. Kişini nə vaxt və necə intizarda saxlamalı olduğunu yaxşı bilir. Sevdiyi kişi ilə hər gecə görüşə çıxmır. Çünki görməli olduğu başqa işlər var. Cib telefonuna uzun-uzadı mesajlar ataraq virtual sevgili olmağı istəmir. Kişi bu qadın üçün dəlicəsinə darıxmalıdır. Səhvlərə yol vermir. Ancaq xətrinə dəydiyi adamla ünsiyyətdən qaçır. Özünə gələndə isə qarşı tərəfə olan incikliyini sakit şəkildə ifadə edir.
Zarafatcıldır - Nəzarəti əlindən buraxmır. Həyatındakı kişi ilə arasındakı ritmin balansını qoruyub saxlayır. Ancaq bunu qarşısındakına qətiyyən bəlli etmir. Yumor qabiliyyətini inkşaf etdirir. Zarafatcıl olduğu üçün həyatındakı kişini güldürməyi bacarır.
Özünə dəyər verir - Tərif və xoş söz deyildiyi zaman
gülümsəyib təşəkkür edər. Həyatındakı kişinin əvvəlki sevgililəri
haqqında danışmaz və özünü heç vaxt başqa qadınlarla müqayisə
etməz.
Ehtiraslıdır - Həyatındakı kişidən də kənar
arzuları və istəkləri var. Xobbiləri, dostları, ailəsi də onun üçün
yaşadığı sevgi qədər əhəmiyyətlidir. Amma onları bir-birindən
ayırmayacaq qədər yaxşı tarazlayıb.
Həyatındakı kişi hər zaman yanında olmaya bilər, ya da ona vaxt
ayrımadıqda bu haldan şikayətlənmir. Çünki özünün də məşğuluyyəti
var. Bu qadınlar bədəninə xüsusi qulluq göstərir. Baxımlı və
cazibədar olmaq onun üçün hər şeydən əvvəl gəlir. Özünə olan
inamının və sayğının xarici görkəminə də əks olunmasını
istəyər.
Publika.Az
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ