Qadın
İvana Sertin cazibədar stili və gözəllik sirləri - FOTOLAR
Gözəlliyi və ideal bədən quruluşu ilə hər kəsi heyran qoyan İvana Sert gözəllik sirlərini paylaşıb.
Xəyallarını reallaşdırmaq üçün gözəllik yarışmasına qatılan və beləcə Türkiyəyə gələn İvana gözəllik şahzadəsi ola bilmir. Lakin sonradan qazandığı uğurlar sayəsində məşhurlaşır və hamının haqqında danışdığı şəxsə çevrilməyi bacarır. O, türk kişisi ilə ailə həyatı qurur və bir uşaq sahibi olur. Dünyaya bir uşaq gətirməsinə baxmayaraq, hələ də gözəlliyinə xələl gəlməyib. İdeal bədən quruluşu və gur saçları ilə hər zaman gündəmdə qala bilib.
O, tez-tez efirdə olduğu üçün çoxlu makiyaj edir. Buna görə də dərisi qızarır. İvana, hər axşam makiyajını təmzilədikdən sonra üzünü sakitləşdirmək üçün "Bepanthem" məlhəmindən istifadə edir. Siz də hər gün yatmazdan əvvəl dərini təmizləyib nəmləndirici çəkin. Bunun sayəsində dəriniz siz yatarkən özü yeniləşəcək. İvana dərisinə xüsusi qulluq göstərir, həkimi Serbiyadan məhz onun üçün Türkiyəyə gəlir. Həkimin onun üçün hazırladığı özəl toniklərdən və kremlərdən istifadə edir.
Yağlı dərisi olduğu üçün yediklərinə diqqət edir. Yağlı dərilərə uyğun kosmetik məhsullar alır. Xüsusən də dərisi tez-tez parladığı üçün kirşanını həmişə yanında gəzdirir. Kirşan dərisinin parlamasını azaldır və makiyajın axmasına mane olur.
İvana dərisinin gənc qalması üçün çoxlu maye qəbul edir və tərkibində maye olan meyvə və tərvəz məhsullarından istifadə edir. Beləcə vücudundakı toksinləri atıb, daha canlı dəriyə sahib olur.
“Geyinmək bir sənətdir və bədən qədər ruha da yaxşı təsir göstərir. Ancaq gözəl geyinmək üçün sərvət xərcləməyə gərək yoxdur. Büdcəni sarsıtmadan da stil sahibi ola bilərsiniz!”
İvana Sertin stili də özünəməxsusdur. Belə ki, o, sıradan
geyimləri qarderobuna yaxın buraxmır. Əsasən qısa ətək və
paltarları ilə diqqət çəkir. Geyimləri qısa olsa da oraya riskli
başqa bir dekolte də əlavə edir. Qeyri-adi metal və zəncir
aksesuarlar onun stilini tamamlayan detallardır.
Publika.Az moda ikonasının ən yaxşı stillərini
təqdim edir:
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!