Viski 110 yaşlı qadını 50 yaş "cavanlaşdırdı" - - FOTO
Bizi izləyin

Qadın

Viski 110 yaşlı qadını 50 yaş "cavanlaşdırdı" - - FOTO

110 yaşlı britaniyalı qadın bildirib ki, onun uzunömürlü olmasının sirri viskidir.

110 yaşlı britaniyalı qadın bildirib ki, onun uzunömürlü olmasının sirri viskidir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın ən yaşlı sakinlərindən biri - 110 yaşlı Qreys Cons bir neçə gün əvvəl uzun ömürlü olmasının sirrini açıb. Ötən cümə günü 110 yaşı tamam olan Qreys mütəmadi olaraq viski içdiyini etiraf edib. O, bildirib ki, viskini ürəyində problem olduğu üçün həkimin məsləhəti ilə içib: “110 yaşım tamam olsa da, özümü 60 yaşında hiss edirəm. Əhvalım yaxşıdır, ən əsası hələ də güclüyəm”.

Qreysin 78 yaşlı qızı Deydra bildirib ki, anası olduqca qlamur xanımdır: “O, çox gözəl və ağıllı qadındır. Və onun bizimlə olmasından çox xoşbəxtik".

Böyük Britaniyanın ən yaşlı qadını kraliça Viktoriyanın ölümündən beş il sonra doğulub. O, hər iki dünya müharibəsini yaşayıb və II Yelizaveta tərəfindən yeddi təbrik açıqcası alıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm