Məşhurlardan kimlər gey və lezbiyandır? - FOTOLAR
Bizi izləyin

Qadın

Məşhurlardan kimlər gey və lezbiyandır? - FOTOLAR

Şou-biznesdə tanınmış şəxsiyyətlərin orientasiyasını dəyişməsi artıq ənənə halını alıb. Çox cəsarətli çıxışları ilə mavi, yaxud lezbiyan olduqlarını açıq-aydın etiraf edirlər.

Publika.Az belə məşhurların siyahısını təqdim edir:

Coci Foster bu yaxınlarda rəfiqəsi ilə ailə qurduğunu hamıya elan edir. Bu 2013-cü ildə "Qızıl Qlobus"un təqdimatı zamanı baş verdi. Mükafatı alandan sonra buna görə, həyat yoldaşına minnətdar olduğunu söylədi.

Məşhur teleaparıcı Ellen Dedceneres Amerikanın əsl ulduzudur. 1997-ci ildə lezbiyan olduğunu etiraf edir. O vaxtlarda insanlar hələ belə şeylərə öyrəşməmişdilər. Ona görə də, Ellenin etirafı əsl gurultu qopartmışdı. İndi isə o ekranların parlaq ulduzudur və geylərin hüquqlarını müdafiə edir. Həmçinin öz həyat yoldaşı ilə xoşbəxt və firavan həyat yaşayır.

Riki Marin gey olduğunu elan edəndən sonra qız fanatlarını sözün əsl mənasında depressiyaya salmışdı. “Mənə özüm kimisi qismət olduğuna görə, xoşbəxtəm!” Martin yanvar ayında sevgilisindən ayrılandan sonra uşaqlarının tərbiyəsi ilə özü məşğul olur.

Ellen Peyc bu yaxınlarda lezbiyan olduğunu açıqladı. O bildirdi ki, artıq neçə illərdir ki, qızlara maraq göstərir. Buna görə, psixoloji, mənəvi cəhətdən çox əziyyət çəkdiyini dedi. Hətta buna ən yaxın adamlarından da gizlədibmiş.

Nil Patrik Xarris “Sənin ananla necə tanış oldum” serialında çəkilib. Onun rolları tamamilə qadınlara yönəlmişdi. Gey olduğunu deyəndən sonra onların müfdafiəsinə qalxır. Aktyor indi dostu ilə birlikdə yaşayır.

Kara Delevin kimi gözəl qızın lezbiyan olması təəssüf doğurur. Rəfiqəsi Rodriqeslə artıq neçə aydır ki, sevgilidirlər. Münasibətləri də qaydasındadır, onlar bir-biri ilə əla vaxt keçirdiyini söyləyirlər.

Zakari Kuinto – Aktyor bəzi həmkarlarının izi ilə gedib və qız fanatlarından imtina edib. ABŞ-da intihar edən yeniyetmə mavinin hüquqlarının müdafiəsinə qalxır. Bundan sonra kişilərə üstünlük verdiyini etiraf edir.

“Böyük şəhərdə seks” serialında oynayan Sintiya Nikson lezbiyandır. Lakin əvvəllər kişi ilə yaşayıb, hətta 2 övlad da dünyaya gətirib. Sonra isə müsahibələrinin birində lezbiyan olduğunu etiraf edir. 2011-ci ildə isə rəfiqəsi ilə ailə qurur.

Cim Parsons 10 il mavi olduğunu hamıdan gizlədib. Lakin sonra bütün cəsarətini toplayıb kişi ilə görüşdüyünü elan edir. Seçiminə görə peşman deyil.

Müğənni Adam Lambertin seçimi xüsusi gurultuya səbəb olmadı. Lakin bir dəfə jurnalistlərə verdiyi açıqlamada hamının onun oriyentasiyası barədə xəbərdar olduğunu söyləmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm