Qadın
Geyimləri bürüyən yeni saçaq dəbi - FOTOLAR
1920-ci illərdən bu günə qədər saçaq tərzi zaman-zaman dəbə geri qayıdıb. Onu hardasa retro stilinə də aid etmək olar.
1920-ci illərdə dəbə gələn saçaqlar 1980-ci illərdə təkrar dəbə minir. Lakin həmin illərdə saçaqlar daha fərqli və bohem tərzində idi. Yaz mövsümündə özünü açıq şəkildə hiss etdirən saçaq tərzi trendlər siyahısına daxil ola bilib. Çox güman ki, saçaq dəbi qış aylarında da davam edəcək. Dünyanın böyük moda evləri də kolleksiyalarında saçaq detalından geniş istifadə edirlər. Xüsusən də çanta və ayaqqabıların əvəzolunmaz detalı hesab olunur. İlk baxışda gözə xoş görünməsə də, yavaş-yavaş xanımların qarderobuna daxil ola bilib.
Keçdiyimiz moda həftələrində saçaq trendinin artıq geyimlərdə istifadə olunmağa başladığının şahidi olduq. Geyimlərin müxtəlif yerlərinə əlavə olunan saçaqlar diqqət çəkir. Əsasən pencəklərin qollarında və donlarda istifadə edilir. Aksessuarlar arasında da yer verilən saçaqlar geyimləri daha eleqant göstərir.
Publika.Az-ın qadın bölməsi saçaq dəbinə aid bir neçə nümunə toplayıb.
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
Qarabağ 10:45
Şəxsi maşınla Laçına da getmək mümkün olacaq - RƏSMİ
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı