Yazın ən dəbli qısa şort modelləri - FOTOLARI
Bizi izləyin

Qadın

Yazın ən dəbli qısa şort modelləri - FOTOLARI

Artıq şort mövsümü yavaş-yavaş yaxınlaşır. İndidən mağazaların vitrinlərində bir çox şort modelinə rast gələ bilərik. Bəs onlardan hansı bizə ən çox yaraşır?

Cins, yüksək bel, safari, ya da şifon parçadan tikilən modellər yay mövsümünün ən çox sevilən geyimlərindən biridir. Bu qədər fərqli model arasında özünüzə yaraşanı seçə bilmək çətindir. Publika.az-ın qadın bölməsi bu gün hansı şort modelinin sizə yaraşacağını izah edəcək.

Dedi-qodu etməyi xoşlayan qızlar çox vaxt paxıllıqdan deyirlər ki, şortlar ancaq uzun və incə ayaqları olan qızlara yaraşır. Əslində isə belə deyil. Dizaynerlər belə bir səhvə yol verməklə həm uzun ayaqlara sahib olmayan qadınlara haqsızlıq etmiş olar, həm də öz ciblərinə böyük zərər vermiş olar. Bu isə onlara qətiyyən sərf etmir. Sadəcə qısa şortları ayaq formasını nəzərə alaraq seçmək lazımdır. Hazırda yüksək belli şortlar çox dəbdədir. Prinsipcə bu model istənilən bədən quruluşuna uyğun olur. Belinizi sizə qibtə ediləcək qədər incə göstərir, qeyri-bərabər hissələri gizləyir.

Nazik bel və arıq ayaqları

Əslində, onların belini qalınlaşdırmaq imkanı var. Enli kəmərlər arıq belini kök göstərə bilir və lazım olan yerlərin həcmini artırır. Şortlar sərbəst və geniş olmalıdır. Üstü şəkilli şort seçmək, birrəngli modellərdən isə uzaq durmaq lazımdır. Üstündəki saçaqlar sizi çox arıq göstərməkdən xilas edir.

Vero Moda

Dolu ayaqlar

Gonbul qadın ayaqlarına sahib olanlar dizlərə qədər uzanan yüksək belli şortlar seçə bilərlər. Belə ki, bu model bud hissələrini məharətlə gizlədir. Şortlarda büzmələr və heç bir əlavə olmamalıdır. Özünüzü narahat hiss etməmək üçün düz və geniş formada olmasına diqqət edin. İri cibləri isə kök ayaqları öz himayəsi altına alacaq. Kəmər taxmaq olmaz.

DKNY

Balaca boy

Əgər siz vizual olaraq ayaqlarınızı uzun göstərmək istəyirsinizsə, yüksək belli, lakin çox qısa şortlar seçməlisiniz. Bu stili ancaq hündürdaban ayaqqabı ilə tamamlamaq lazımdır.

Free People

Uzun boy

Əgər siz həddən artıq hündür boylusunuzsa, o zaman qısa şortlar sizə görə deyil. Sizə dizdən bir az yuxarı şortlar daha çox yaraşır. Ayaqqabılar isə yastı daban olmalıdır.

Marc By Marc Jacobs

Əyri ayaqlar

Açıq geyimdə bu qüsuru gizlətmək o qədər də asan məsələ deyil. Ayaqları vizual olaraq düz göstərmək üçün dizdən 5 sm yuxarı, zolaqları şaquli istiqamətdə olan modellərə müraciət edin. Zolaqlar vizual olaraq ayaqları uzadır. Model sadə və bəzəksiz olmalıdır.

By Malene Birger

QEYD: Şortun kənarlarında olan yarıqlar ayaqları uzun və zərif göstərir. Böyük təsvirlər, üstündəki iri şəkillər və bəzəklər ayaqları kök göstərir. Kiçik şəkillər və sadə bəzəklər isə əksinə, ayaqları uzun və arıq göstərir. Siz bədən quruluşuna uyğun olan şort seçsəniz, bundan sonra heç kim sizə onun yaraşmadığı barədə irad tutmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm