Uşaqların zehni inkişafına müsbət təsir göstərən məhsullar
Bizi izləyin

Qadın

Uşaqların zehni inkişafına müsbət təsir göstərən məhsullar

Öz yazı və danışıq qabiliyyəti ilə fərqlənən, fikirləri ilə digərlərindən seçilən, ictimai və digər vacib sahələrdə özlərini sübut edən şəxslərə intellektual insanlar deyilir. Onların uğuru yaşadıqları cəmiyyətin göstəricilərinə əsaslanaraq özünü təsdiqləmək qabiliyyəti ilə bağlı olur. Hər bir valideyn də uşaqlarının bu göstəricilərə sahib olmağını arzu edir. Bəs uşaqların zehni inkişafını gücləndirmək üçün valideynlər nə etməlidir, nələrə fikir verməlidirlər?

Uşaqların intellektual olması və zehni inişafını güclədnirmək üçün sadəcə sağlamlıqlarına və təhsillərinə ciddi fikir vermək tələb olunur. Sağlamlığın, təhsilin və intellekt səviyyəsinin yüksək olması üçün onlar sağlam mühitdə yaşamalı, sağlam həyat tərzində düzgün qidalanmalıdırlar. Alimlərin apardığı araşdırmalara görə, tərkibində vitaminlər, minerallar, karbohidratlar və s. orqanizim üçün faydalı olan qidalar beyinin normal fəaliyyətinə və intellekt səviyyəsinə müsbət təsir edir. "Appetite" tibb jurnalının araşdırmalarına əsasən saqqız yaddaşı möhkəmləndirir. Beyinə gedən qanı artırır. Ağız və diş sağlığı üçün əvəzolunmaz vasitədir. Həkimlər də uşağın zehni inkişafına müsbət təsir göstərən 10 məhsulun adlarını açıqlayıblar. Bu məhsullara qızılbalıq, yumurta, yerfındığı, kəpəkli taxıl məhsulları, yulaf, giləmeyvələr, paxlalılar, müxtəlif rənglərdə olan tərəvəzlər, süd və qatıq aiddir.

Qızılbalıq - Balığın tərkibində omega-3 yağı olduğuna görə beynin idrak funksiyasını yaxşılaşdırır və intellektual inkişafa müsbət təsir göstərir.

Yumurta - Yumurtanın sarısında kolin maddəsi var və bu maddə bədənin qidalanmasına lazımdır. O həm də yaddaşı möhkəmləndirir və yaxşılaşdırır.

Yerfındığı - Tərkibində beyinin sinir membranlarını qoruyan antioksidant var. Bu məhsul E vitaminin mənbəyi hesab olunur.

Kəpəkli taxıl məhsulları - Tərkibində qlükoza olduğuna görə beyinin normal funksiyası üçün vacibdir.

Yulaf - Yulafın tərkibi kalium, sink və minerallarla, E, C, vitaminləri ilə zəngindir. Buda uşaqların intellektual inkişafına müsbət təsir edir.

Giləmeyvələr - Giləmeyvələr yaddaş və beyinin idrak funksiyasını təkmilləşdirir.

Paxlalılar - Paxlalıların tərkibində zülal və kompleks karbohidratlar vardır. Paxlalılara aid olan yaşıl noxud bədənə enerji verir və bədəni qüvvətləndirir. Dəvətikanı paxlalıların bir növüdür. Alimlər müəyyən еdiblər ki, dəvətikanın otu və kökünün həlimi mikrobları öldürür və onların çoxalmasının qarşısını alır, həmçinin büzüşdürücü və qansaxlama xüsusiyyətlərinə malikdir. Paxlalıların başqa bir növü isə əkin noxududur. Əkin noxudu qanın təmizlənməsində istifadə edilir. Ümumiyyətlə, paxlalılar beyinin normal fəliyyəti ilə bərabər intellektual səviyyənin artmasına olduqca yaxşı təsir edir.

Rəngli tərəvəzlər - Tərkibində antioksidant maddələr vardır. Yeniləyici funksiyaya malikdir.

Süd və yoqurt -Beyin inkişafı üçün zülal və B vitaminləri ilə zəngindir.

Yağsız mal əti - Dəmir və sink idrak funksiyasının yaxşılaşmasına kömək edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm