Zürafə qadınların dramı - FOTOLAR
Bizi izləyin

Qadın

Zürafə qadınların dramı - FOTOLAR

Şimalı Taylandakı Padaung qəbiləsinin qadınları boylarını uzatmaq üçün sözün əsl mənasında işgəncə çəkirlər. Belə ki, hələ 5-6 yaşından boyunlarına qızılı halqalar keçirirlər. Bu halqaların sayı getdikcə artır və beləcə boyunları yavaş-yavaş uzanır. Əslində isə bu halqalar boynu uzatmır. Sadəcə, çiyinləri aşağı salaraq bədən quruluşunu pozur.

Padaung qəbiləsinin adamlarının bunları taxmasının bir səbəbi var. Bəzi məlumatlara görə, qadınlara bu işgəncə ona görə verilir ki, qul ticarəti ilə məşğul olanların diqqətini çəkə bilməsinlər. Yəni, bu, onların gözündə çirkin görünmək məqsədi daşıyır.

Bəzi məlumatlar isə halqaların pələng hücumundan qorunmaq üçün taxıldığını iddia edir. Lakin səbəbin nə olmasından asılı olmayaraq, bütün qızlar onları taxmağa məcburdur. Qadınlar həyatının sonuna qədər 23 halqa taxırlar. Bu isə təxminən 12 kq ağırlıq deməkdir.

Qadınlar gecələr halqalara uyğun yastıqda yatırlar. Publika.az Padaung qəbiləsinin boynu halqalı qadınlarının fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm