Büstqalter seçimi haqqında qadınların bilmədiyi qaydalar: İZAHLI FOTOLARI İLƏ
Bizi izləyin

Qadın

Büstqalter seçimi haqqında qadınların bilmədiyi qaydalar: İZAHLI FOTOLARI İLƏ

Büstqalteri necə seçməli?

Mövcud büstqalter modellərinin müxtəlifliyi qadınları sonsuz seçim qarşısında qoyur. Alt paltar istehsalçıları etiraf edir ki, dünyada hər ikinci qadından biri qarderobun bu mühüm detalını düzgün seçmir. Aparılan bəzi araşdırmalarda isə büstqalterin döş xərçəngi kimi ciddi xəstəliklərə yol açdığı məlum olub. Lakin bu, yalnız yanlış büstqalter seçimi edənlərə, eləcə də ondan daimi istifadə edənlərə aid edilir.

Qadınların əksəriyyəti büstqalter alarkən sadəcə fincan hissəsinin sinə ölçülərinə uyğunluğunu nəzər alır. Lakin məlum olub ki, büsqalterin sadəcə fincan hissəsinin uyğunluğu və baza rəqəmlərini bilmək kifayət etmir.

как выбрать бюстгальтер

Publika.az xarici mətbuata istinadən ideal büstqalter seçimi ilə bağlı qaydaları təqdim edir.

Büstqalteri necə seçməli?

как выбрать бюстгальтер

Düzgün seçilmiş büstqalter döşlərdə tam və rahat oturmalıdır, amma sıxmamalı, nöqsanları gizlətməli və sinəni yaxşı vurğulamalıdır.

1. Döşlərin dəstəklənməsində əsas rolu (80 faiz) büstqalterin kəməri oynayır. O, nəinki süd vəzilərinin çəkisinə tab gətirməli, həm də həm də onları hərəkətsiz saxlamalıdır. Büstqalerin nə qədər rahat oturmasını da kəmər müəyyən edir. Optimal eni tapmaq və rezin kəmərin vaxtından əvvəl korlanmasının qarşısını almaq üçün onu ən axırıncı qarmağa keçirin. Rezin üfüqi xətt üzrə davam etməlidir. Bu halda şəhadət barmağının onun altında sərbəst yerləşdiyindən əmin olun.

как выбрать бюстгальтер

İri sinəli xanımlar qalın kəmərli və yan tikişləri vertikal olan büstqalterlər üzərində seçim etməlidir. Belə büstqalterlər sinənin hərəkətsizliyini tam təmin edir.

Yaşlaşdıqca kürək dərisi daha həssaslaşır, öz elastikliyini itirir, dolayısı ilə hər təzyiq qeyri-estetik qatların yaranmasına gətirib çıxarır. Daha geniş və hamar xətləri olan kəmərlər bu problemi həll edir. Nazik kəmər və bretellər isə onu yalnız dərinləşdirir.

как выбрать бюстгальтер

2. Bir qayda olaraq sinənin çəkisi 10-20% bretellərin öhdəsinə düşür. Onlar aşağı doğru enməli deyil. Əgər siz breteli hər zaman yuxarı qaldırmalı olursunuzsa, onda bretelləri mərkəzə doğru tikilən digər modeli seçmək lazımdır. Yəqin ki, siz bu detala əvvəllər diqqət yetirməmisiniz.

Nazik bretelli büstqalterlər daha gözəl və incə görünür, amma təəssüf ki, gündəlik üçün yararlı deyil. Gündəlik istifadə üçün kifayət qədər geniş və yumşaq breteli olan modellər seçin.

как выбрать бюстгальтер

3. Büstqalterin fincanları bütövlükdə silueti və döş formasını müəyyən edir. Burada əsas tikişlərə əhəmiyyət vermək lazımdır. Üfüqi tikişlər sinəyə konus formasını verir və dəstəyi gücləndirib azca qaldırırlar, şaquli və əyri tikişlər girdə forma verir, diaqonal sayəsində sinə mərkəzə doğru yaxınlaşır və qalxır.

как выбрать бюстгальтер

Büstqalterin fincanları döş qəfəsi səviyyəsində dayanmalı və yuxarı qalmalı deyil. Fincanı döşləri yarıya qədər örtən büstqalterlər dərin dekolteli paltar geyməyə imkan verir, lakin onlar funksional deyil. Xüsusi ilə iri sinəli xanımlar onda özünü rahat hiss etməyəcək və sərbəst hərkətə etməyə də imkan verməyəcək.

как выбрать бюстгальтер

Düzgün büstqalteri seçdiyinizdən əmin olmaq üçün çiyin ilə dirsək arasında məsafəni ölçün və uzunluğu müəyyən edin. Əgər döşlər bu səviyyədə yerləşirsə, deməli, sinə lazımi hündürlüyə qaldırılıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm