Gözəlliyin arıqlıqla heç bir əlaqəsi olmadığını sübut edən qadınlar - - FOTOLAR
Bizi izləyin

Qadın

Gözəlliyin arıqlıqla heç bir əlaqəsi olmadığını sübut edən qadınlar - - FOTOLAR

Son bir neçə ildir ki, moda aləmində əsl inqilab müşahidə edirik: bədən quruluşu 90-60-90 olan qızları, daha kök modelləri əvəz edir.

Son bir neçə ildir ki, moda aləmində əsl inqilab müşahidə edirik: bədən quruluşu 90-60-90 olan qızları, daha kök modelləri əvəz edir. İndi uğurlu model olmaq üçün ağır pəhrizlərlə özünü əldən salmağa ehtoyac yoxdur, sadəcə özün olmaq kifayətdir.

Publika.az moda dünyasında kök bədəni sayəsində məşhurlaşan xanımların siyahısını təqdim edir.

Robin Lauli

Robin bu il məşhur “Sports Illustrated” üçün çəkilib. O, kök modellərə şans verməyən dizaynerləri açıq şəkildə pisləyir.

Düsso Klemen

Klemen “American Apparel” markasının simasıdır. Hansı ki, qalmaqalı reklam kampaniyası ilə məşhurlaşıb.

Cenni Rank

Cenni Rank ilk dəfə olaraq “H & M” reklamında çəkilib. Brend bununla hər bir qızın unikal olduğunu, dəbin konkret ölçüləri olmadığını nümayiş etdirmək istəyib. Rank isə öz növbəsində həyatdan zövq alır və stereotiplərə görə qətiyyən narahatlıq keçirmir.

Tara Linn

Tara ixtisasca dilçidir və “H & M”-in reklam kompaniyasında çəkilənə qədər model biznesində təcrübəsi yox idi.

Denis Bido

O, Seren Uilyams şousunun finalına çıxan yeganə modeldir.

Saffi Karina

Saffi çəkisi üzündən müqaviləsi pozulana qədər model işləyib. Onda o, kök modelləri dəstəkləyən təşkilat yaradır və öz fəaliyyətini uğurla davam etdirir.

Keyt Dillon

Keytin model olmaq cəhdləri anoreksiyaya gətirib çıxardı. Onda o, başa düşdü ki, öz bədənini sevmək və özünü olduğu kimi qəbul etmək daha yaxşıdır.

Eşli Qrem

Eşli “Sports Illustrated” jurnalının xüsusi nömrəsinə çəkildikdən sonra bütün dünyada ondan danışmağa başladılar. O, ideal model bədən ölçülərinə sahib deyil, bununla belə bu fakt ona jurnal səhifələrini bəzəməyə mane olmur.

Kendis Haffin

Kendis məşhur “Pirelli” təqviminə çəkilən ilk kök modeldir.

Jyustin Leto

Jyustin adını “Elle” jurnalının tarixinə yazdıran ilk dolu bədənli xanımdır. Bundan sonra bir çox moda evləri ilə əməkdaşlığa başlayıb.

Kristal Renn

14 yaşında model oldu, ondan sonra çəkisində problemlər yaranıb. İndi hər şey qaydasındır.

Uitni Tompson

Uitni "Amerikanın 10 ən yaxşı modeli" populyar müsabiqəsinin ötən il qalibi olub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm