Birinci ledi haqqında çox maraqlı faktlar - FOTOLAR
Bizi izləyin

Qadın

Birinci ledi haqqında çox maraqlı faktlar - FOTOLAR

Yanukoviçin həyat yoldaşı haqqında 9 maraqlı fakt

Keçmiş prezidentin həyat yoldaşı haqqında məlumat demək olar ki, yoxdur. O, bir qayda olaraq müsahibə vermir və heç vaxt bəyanatla çıxış etmir. Prezidentin həyat yoldaşı evdar qadındır və xeyriyyəçiliklə məşğul olur. Publika.az-ın qadın bölməsi Lyudmila Yanukoviç haqqında maraqlı məlumatları toplayıb.

Prezidentin həyat yoldaşı 1949-cu il oktyabrın 9-da Donetskdə varlı bir ailədə anadan olub. Ailəsi şəhərin mərkəzində 3 otaqlı, telefonla təmin olunmuş mənzildə yaşayırdı. Nənəsi, babası və anası Lyudmiladan başqa, bacısı Lyulida Nastenkanın tərbiyəsi ilə məşğul olurdular.

Birinci xanım ixtisasca inşaat mühəndisidir. Gələcək prezidentlə kərpic zavodunda işləyərkən tanış olublar. Yayılan versiyaların birinə görə, onların tanışlığı filmlərdə olduğu kimi romantik bir təsadüf nəticəsində baş verib. Viktor Yanukoviç Lyudmila ilə 1969-cu ilin dekabrında Yenakiyev metallurgiya kombinatında tanış olub. Belə ki, Viktor Yanukoviç kombinatda maşına kərpic yükləyərkən kərpiclərdən biri orada çalışan qızlardan birinin ayağına dəyib. O, ayağı yaralanan qızın köməyinə yetir və beləcə münasibətləri davam edir. Təsadüfi tanışlıq 1972-ci ildə toyla nəticələnib. Lyudmila heç bir rəsmi post tutmur. Cütlüyün iki oğlu var. Lakin Lyudmila Yanukoviç ata-baba yurdu olan Donetskdə yaşayır. Yəni birinci ledi olduğu müddət ərzində paytaxt Kiyevdə, ərinin yanında yaşamayıb.

Lyudmila Yaniukoviçin 2004-cü ildə Donetskdə ictimaiyyət qarşısında narıncı inqilab vaxtı uğursuz çıxışı ölkə gündəmini işğal etmişdi. Bundan sonra o, ictimaiyyət qarşısında çıxış etməkdən imtina edir.

Ukraynanın keçmiş prezidentinin həyat yoldaşı məbəd tikintisinə yardım etdiyi üçün Ukraynanın Pravoslav Kilsə mükafatına layiq görülüb. Viktor Yanikoviç məbədləri ziyarət edən zaman həyat yoldaşı da onu müşayiət etməyə çalışır. Cütlük 25 illik ailə həyatından sonra yenidən nişanlanıb.

Lyudmila ərinin prezidentlik müddəti ərzində xeyriyyəçilik fəaliyyətini davam etdirirdi və uşaq evlərinə yardım edirdi. O, Donetsk Dövlət Universitetinin “İntellektual” klubunun fəxri üzvüdür.

Birinci xanımın istifadə etdiyi bahalı və dəbdəbəli aksesuarlar arasında “Chanel” çantası və brilliantlar qaşlarla bəzədilən qızıl saatı “Breguet Reine de Naples” diqqət çəkib.

Eks birinci xanım mahnı oxumağı çox sevir. Hər il Yeni il bayramında süfrə arxasında oxumaq üçün mahnı hazırlayır. Həmçinin 80-cı illər Sovet estradasının pərəstişkarıdır.

Hər il öz doğum günündə Donetsk Opera Teatrına öz sevimli “Don Kixot” baletini izləməyə gedir.

Rusiya prezidenti Vladimir Putinin xanımı Lyudmila ilə boşanması xəbəri yayılandan sonra Ukrayna ictimaiyyəti də bu ölkənin prezidentinin nikahı məsələsini müzakirəyə çıxarmışdı. Belə ki, Viktor Yanukoviç rəsmi tədbirlərə və səfərlərə xanımının müşayiəti olmadan qatılırdı. Onların fotolarında da birinci ledi rəsmi tədbirlərdə gah barmağında üzük olan halda, gah da üzüksüz görünürdü. Lyudmila Aleksandrovna üzüyü gah taxır, gah da çıxarır. Buna baxmayaraq birinci ledi son tədbirə barmağında üzük qatılıbmış.

Birinci ledinin stili haqqında çox danışa bilməyəcəm. Əvvəla, şəkillər çox azdır. Bunlar əsasında bir nəticəyə gəlməkdə çətinlik çəkirəm. İkincisi isə xüsusi və yadda qalan heç nə yoxdur. Ölkənin birinci xanımı statusuna layiq görülsə də, təmtəraqlı geyimlərdən tamamilə uzaq olub. Onun geyim üslubunda ən çox diqqət çəkən məqam kürklərdir. Belə ki, Lyudmila Yanukoviç kürkləri çox xoşlayır. Aksesuarlardan tamamilə uzaqdır. Sadə və darıxdırıcı geyim tərzi olduğunu desəm, yəqin ki, yanılmaram.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm