Evlənmək istəməyən aktyor 750 min dollarlıq nişan üzüyü aldı - FOTO
Bizi izləyin

Qadın

Evlənmək istəməyən aktyor 750 min dollarlıq nişan üzüyü aldı - FOTO

Hollivudun ən yaraşıqlı kişisi Corc Kluni nişanlısı Amal Alamuddinə 750 min dollar dəyərində üzüklə evlilik təklifi edib.

Publika.Az xarici mətbuata istinadən xəbər verir ki, yaraşıqlı aktyorun gələcək həyat yoldaşına aldığı 7 karat brilliant üzüyün dəyəri 750 min dollardır. Alamuddinin barmağındakı üzük paparazzilərin gözündən qaçmayıb. Belə ki, üzüyün parıltısı və böyüklüyü göz qamaşdırıb.

Qeyd edim ki, Kluni illər öncə həmkarı Mişel Pfayferə heç vaxt evlənməyəcəyini demişdi və 100 min dollardan mərc gəlmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm