Sızanaqlı dərilər üçün yaz maskası
Bizi izləyin

Qadın

Sızanaqlı dərilər üçün yaz maskası

Sızanaq və dəri problemi olanlar yaz aylarında bundan daha çox əziyyət çəkirlər. Publik.Az-ın qadın bölməsi onları aradan qaldırmağın təbii yollarını izah edəcək.

Gil, badam yağı və mineral sudan ibarət olan maska ilə dərinizin gözəlləşməsinə hazır olun.

4 yemək qaşığı mineral su

2 yemək qaşığı gil

1 yemək qaşığı badam yağı

Su

Hazırlanması: 2 yemək qaşığı gili qaba əlavə edib üzərinə 1 yemək qaşığı badam yağı tökün. Onları qarışdıraraq 4 yemək qaşığı mineral suyu da əlavə edin. Sonra hamısını birlikdə yavaş-yavaş qarışdırın.

Əldə edilən maska sızanaqların üstünə çəkilir. Sonra bütün üzə çəkə bilərsiniz. Sadəcə göz ətrafına çəkməməyə diqqət edin. Dekolte və kürək nahiyələrinə də çəkə bilərsiniz. 25 dəqiqəyə qədər maskanın dəriyə yaxşı hopmasını gözləyin. Sonra ilıq su ilə yaxalayın. Gülü suyu, ya da mineral su ilə tonik tətbiq edə bilərsiniz. Bu maskanı isti havalarda həftədə 1 dəfə tətbiq etmək yetərlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm