Mövsümə damğasını vuran ayaqqabı modelləri - FOTOLAR
Bizi izləyin

Qadın

Mövsümə damğasını vuran ayaqqabı modelləri - FOTOLAR

Bəzi geyimlər ilk çıxdığı andan etibarən hər kəsin qəlbinə və qarderobuna yol tapır. Bu modellərin məşhurluğu il boyu davam edərsə, həmin geyimin klassikləşməyə doğru getdiyini inkar edə bilmərik. Bu qaydaya uyğun olan ayaqqabılardan biri də "Valentino Rockstud" ayaqqabılardır. 2010-ci ilin payız aylarında Valetino tərəfindən modapərəstlərin ixtiyarına verilən bu ayaqqabılar 2014-cü ildə hələ də trend olmağa davam edir.

"Valentino Rockstud" ayaqqabıları bu mövsüm yenə də dəbin zirvəsinə yüksəlib. İncə model bütün qadınların ürəyini ovsunlaya bilib. Rockstud ayaqqabıların gözəlliyinə dayanmayan dəb sevərlər bu ayaqqabıları ilin trendi etməyə nail olublar. Arxası açıq, biləkdən bağlanan, iti burunlu və dəmir detalları ilə diqqət çəkən ayaqqabıları unutmaq qətiyyən mümkün deyil. "Valentino Rockstud"-un sadəcə stiletto modeli deyil, yastı daban modelləri də kolleksiyada yer alıb.

Valentino Rockstud ayaqqabılarının heyranları arasında dünya ulduzları, dəb ikonları və tanınmış bloqqerlər də var. Rockstud ayaqqabılarının heyranları dedikdə Olivia Palermo, Alexa Chung, Giovanna Battaglia, Emma Stone, Anna Dello Russo kimi adlar yada düşür. Ayaqqabının qiyməti modelinə görə, 695 dollarla 3545 dolar arasında dəyişir. Bu baxımdan bəziləri üçün əlçatmaz hesab olunsa da, başqa markalarda bənzərlərini tapmaq mümkündür. Kolleksiyada təkcə ayaqqabılar deyil, "Valentino Rockstud" modelinə uyğun dəmirli çantalar və klatçlar da yer alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm