Gözəllik uğrunda bunları etməyin
Bizi izləyin

Qadın

Gözəllik uğrunda bunları etməyin

Gözəlləşmək hər bir qadının təbii haqqıdır. Bıs gözəl görünmək uğurunda etdiyimiz hər şey doğrudurmu? Plastik cərrah Dverim Gürsoy gözəlləşmək uğrunda ən çox edilən səhvləri bu cur izah edir:

Gözəlləşmək hər bir qadının təbii haqqıdır. Bəs gözəl görünmək uğurunda etdiyimiz hər şey doğrudurmu? Plastik cərrah Dverim Gürsoy gözəlləşmək uğrunda ən çox edilən səhvləri bu cur izah edir:

Jurnallarda yazılan hər rejimə başlamaq – Hazırda arıqlamaq üçün bir neçə trend olsa da, hər bir insanın özəl qidalanma rejimi olmalıdır. Həkimin hazırladığı rejim bitdikdən sonra xəstə mütəmadi olarq həkim nəzarətdindən keçməlidir. Həmçinin atılan çəkiləri yenidən almamaq üçün müxtəlif üsullar tətbiq edilməlidir. Bədəndə çətin əriyən hissədəki piyləri tibbi yollarla da almaq olar.

Tanınmış insanlara bənzəmək üçün botoks ya da dolğu etdirmək – Botoks və dolğu kimi tətbiqləri xəstəxanada mütəxəssis həkimə etdirmək lazımdır. Əks təqdirdə xəstə çox gülməli və acınacaqlı vəziyyətə düşür. Belə ki, üz cizgiləri, mimikası təbii olmayır. Bu kimi hallara mətbuatda tez-tez rast gəlirik. Təbii, gözəl və estetik üz üçün hər zaman öz üz quruluşunuza yaraşanı etdirməlisiniz.

Ucuz qiymətin cazibəsinə qapılmaq – Əməliyyatda qiymət də böyük əhəmiyyət daşıyır, amma bunun da müəyyən kriteriyaları olmalıdır. Əgər gözəlləşmək adına ucuz yerlərə qaçsanız, düzəldilməsi mümkün olmayan səhvlərə yol aça bilərsiniz. Gözəllik və arıqlamaq üçün müraciət etdiyiniz mərkəzlərdə mütləq mütəxəssis həkim olmalıdır.

Başqasında gördüyünü tətbiq etmək – Xəstə nə istədiyinə tam qərar verdikdən sonra klinikaya getməlidir və buna həqiqətən də ehtiyacı olub-olmadığının qərarını həkimlə birlikdə verilməlidir. Beləcə həkim yaş, dəri tipi, üz quruluşu və çəki kimi faktorların hamısını nəzərdən keçirib təhlil etdikdən sonra ən düzgün məsləhətləri verəcək.

Göstəriş – İnsanları gözəlləşsə də, nəticələr baxımından onu məlumatlandırmaq lazımdır. Məsələn, əməliyyatın tipi, miqdarı və hansı bölgələrə müdaxilə edildiyini söyləmək lazımdır. Qabarıq olmayan və təbiiliyi qoruyan əməliyyatlar edilməlidir.

Günəş qoruyucu kremlərlə günəş vannası qəbul etmək – Günəş qoruyucu kremlər dərinin yaşlanmasını və ləkələnməsinin qarşısını alır. Günəş qoruyucu kremləri hər 3 saatdan bir dəri tipinə uyğun çəkilməlidir. Günəşin mənfi şüalarından qorumayan kremlər çəkildiyi zaman isə dəri ləkələri yaranır və dəri daha tez qırışır. Qoruyucu məhsullar ləkələrin yaranmasını minimuna endirir. Beləcə lazer şüaları ilə ləkə silmə üsulu çox tez və asan başa gələr. Daha az seansda yaxşı nəticə əldə etmək şansı yaranacaq.

Əməliyyatdan sonra yaranan fəsadları öyrənmək – Bütün bunlardan əlavə əməliyyatdan sonra xoşagəlməz sürprizlə qarşılaşmamaq üçün xəstəni yaranan fəsadlarla tanış etmək və əskiksiz məlumatlandırmaq gərəkir. əməliyyatdan sonra əmələ gələn yüngül, keçici qızartı və başqa təsirlərin olma ehtimalı xəstələrə izah edilməlidir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm