• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Yayın ən dəbli geyimləri - FOTOLAR

  • Qadın
  • 28 May 2014 17:22
  • 5 059 Baxış
Yayın ən dəbli geyimləri - FOTOLAR

Qızmar yay günləri bizi səbirsizliklə gözləyir. Moda və sənət isə hər keçən gün bir-birinə daha da yaxın olur. Modelyerlər yeni kolleksiyalarını müxtəlif sənət sahələrindən ilham alaraq yaradırlar. Buraya tropik iqlim təsvirləri də daxildir. Belə ki, tətil günlərində ən çox geyinilən geyimlər arasında tropik təsvirlər olanlar daha çoxdur. Yayın isti təbiəti geyimlər üzərinə köçürülür və nəticədə ehtiraslı obraz yaranır. Dəb dizaynerləri artıq bir neçə ildir ki, üzərində tropik təsvirlər olan bir-birindən maraqlı geyimlər satışa buraxırlar.

Qarışıq yarpaq təsvirləri, palma ağacları, ananas, alov kimi qırmızı rəng özü ilə tropik iqlimin havasını gətirir. Bu cür geyimlər həm də ilin bütün yorğunluğunu atıb, sizi sanki təbiət qoynunda səyahətə aparır. Xüsusən də tətil günlərində tropik təsvirli geyimlərdə gəzmək zövq verir.

Tropik iqlim təsvirlərinə tanketka ayaqqabı, çanta, saç bantları, şərflər, şalvarlar və donların üzərində rast gələ bilərik. Xüsusən də “Dolce Gabbana” nın kolleksiyasında fərqli versiyaları görə bilərsiniz. Geyimlərdə yerli xalqa məxsus olan fiqurları görmək mümkündür. “Hermes” palma ağaclarına, “Moschino Cheap Chic” isə kolleksiyada ananaslara ağırlıq verib. Amma tropik iqlim təsvirlərinin əvəzolunmaz şəkilləri tutuquşularıdır. “Paul Joe”, “Marni”, “Rupert Sanderson” kimi bir çox markalar kolleksiyasında insanı cəzb edən tutuquşular var. Xüsusən də “Rupert Sanderson” tutuquşu motivlərinin işləndiyi ayaqqabılar çox mükəmməldir. Bu ayaqqabılarla tərzinizə uyğun geyimi tamamlamaq üçün əla seçimdir. Bu stilə rəngli aksessuarlar əlavə etməyi yaddan çıxartmayın. Adi görünmək istəmirsinizsə, müxtəlif şəkilli geyimləri qarışdırmaqdan qorxmayın.

Publika.Az-ın qadın bölməsi tropik təsivirlərə məruz qalan geyim nümunələrini təqdim edir:

Xəbər lenti

DAHA ÇOX XƏBƏR