Seksuallığın biabırçılıqla heç bir əlaqəsi yoxdur - FOTOLAR
Bizi izləyin

Qadın

Seksuallığın biabırçılıqla heç bir əlaqəsi yoxdur - FOTOLAR

Kişilərin qadın qarderobunda nifrət etdiyi geyimlər

Hər bir qadın yeni mövsümün dəb tendensiyalarını xüsusi ruh yüksəkliyi ilə qarşılayır. Lakin moda dünyasının diktə etdiyi bəzi qaydalar əks cinsin nümayəndələrinin qıcığına səbəb olur. Hətta qadın qarderobundakı bəzi geyimlər kişilərdə istehza doğurur.

Publika.Az-ın qadın bölməsi kişiləri əsəbiləşdirən qadın geyimlərinin siyahısını hazırlayıb. Görəsən, siyahıya nələr daxildir?

Torba şalvarlar - Torba kimi boş, sadə dillə desək, Ələddin şalvarları kişiləri qıcıqlandıran geyimlər siyahısında liderlik edir. Süni şişirdilmiş balaqlar qadın siluetini gizlədərək fiquranı korlayır. Eleqant dar cinslər ən yaxşı variantdır.

шаровары фото

Qladiator səndəlləri - Əlbəttə ki, bir çox məşhur moda evlərinin kolleksiyalarında bu cür modellərə rast gəlmək mümkündür. Lakin güclü və qəddar romalı kişilərə aid olan səndəllər incə qadın üslubunu korlayır.

сандалии гладиаторы фото

Uqqilər - Uqqilər rahat və çox əlverişlidir. Buna baxmayaraq, kişilər bu modelləri çox mənasız ayaqqabılar hesab edirlər. Yeri gəlmişkən dünyanın bir çox dizaynerləri də onlarla həmrəydir.

угги фото моветон

Kəsilmiş qısa cins şortlar - Şalvardan düzəldilən əldəqayırma şortlar kişiləri qıcıqlandırır. Kişilərin nəzərində bu cür şortları ancaq qüsursuz bədənə sahib olan xanımların geyinmək haqqı var. Onların bu mövqeyi ilə razılaşmaya bilmərik. Artıq çəkili xanımların bu cür geyimlərdə küçəyə çıxması hiddət doğurur.

ультракороткие шорты фото

Torba kimi iri çantalar – 5-ci sırada torba kimi iri çantalar yer alır. Böyük çantalar kişilərdə zərif xanım assosiasiyası doğurmur və onlar tərəfindən qətiyyən qəbul olunmur. Çünki belə təəssürat yaradır ki, sizə lazım olan əşyaları tapmaq üçün dəqiqələri sərf edirsiniz. Çantanı bədən ölçülərinə uyğun daşımaq daha məqsədəuyğundur. Nə qədər nərmə-naziksinizsə, aksessuarlarınız da bir o qədər kiçik olmalıdır.

мешковатые сумки фото

Çoxqatlı yubkalar - Etnik motivlər və sadə bohem tərzi kişilərin gözündə romantik qadın obrazı deməkdir. Lakin çoxqatlı yubkalar haqqında eyni sözü deyə bilmərik.

10 вещей, которые раздражают мужчин

Yay çəkmələri - Kişilər qadınların məntiqini heç vaxt başa düşə bilməyəcəklər. Ona görə, cəhd etməsinlər. Axı niyə yayda ayaqları qaraltmaq əvəzinə, onu uzunboğaz yay çəkmələri ilə örtəsən? Yay üçün nəzərdə tutulması nəyi dəyişir ki? Kişilər bir qayda olaraq yay çəkmələrinin qəti əleyhinədir.

10 вещей, которые раздражают мужчин фото

Kombinezon - Kombinezon zahirən çox seksual görünür və kişilərin də xoşuna gəlir. Lakin məsələ burasındadır ki, ehtiraslı görüşlər zamanı kişilər onu qadının əyindən rahat çıxarda bilmirlər. Kombinezonu iş görüşlərinə istədiyiniz qədər geyinə bilərsiniz.

вещи, которые раздражают мужчин

Yubka- tülpan - Yubka tülpan modeli 50-ci illərdə əks cinsin nümayəndəsi Per Karden tərəfindən hazırlansa da, müasir kişilər onu bəyənmir. Müasir kişilər hesab edirlər ki, bu cür yubkalar disbalans yaradır və qaməti eybəcər hala salır.

вещи, которые раздражают мужчин фото

Sərhədsiz dekolte - Dəbli obraz yaratmaq istəyən xanımlar bilməlidir ki, seksuallığın biabırçılıqla heç bir əlaqəsi yoxdur. Kişilərə öz təxəyyülünü inkişaf etdirməyə icazə verin və hər şeyi dərhal açmayın. Geyimdə hədsiz səmimiyyət yersiz görünür və maraq doğurmur.

тренд голые платья

Oxumağa davam et
Reklam
Reklam

Gündəm