"Seksual qadın olsam da, çox utanıram"- FOTOLAR
Bizi izləyin

Qadın

"Seksual qadın olsam da, çox utanıram"- FOTOLAR

Bu gün o, Amerikanın ən seksual qadınları siyahısında liderlik edir. Dəfələrlə planetin ən cazibədar qadınları reytinqə düşüb. Uşaqlığı və gənclik illərində xüsusi yadda qalan heç nə olmayıb. Çünki aktrisa zəif idi və tez-tez xəstəxanaya düşürdü. Lakin buna baxmayaraq, Hollivud ulduzunun aktrisalıq karyerası 12 yaşından başlayıb. Bu yaşda karyera sahibi olmaq isə istənilən qızın arzusudur. Publika.Az-ın “9 don” layihəsi çərçivəsində kişilərin seksual hesab etdiyi, lakin qapalı və həyat yoldaşına sadiqliyi ilə seçilən aktrisa Cessika Alba haqqında danışacağam.

Cessika Alba 1981-ci il aprelin 28-də ABŞ-ın Kaliforniya ştatında anadan olub. Cazibədar aktrisanın damarlarında danimarkalı, kanadalı və meksikalı qanı axır. Joshua adlı özündən böyük bir qardaşı var. Atası hərbçi olduğu üçün tez-tez yer dəyişdirməli olurdular. Bu isə qızcığaza dostları ilə istədiyi qədər vaxt keçirməyə, onlarla ünsiyyətdə olmağa mane olurdu. Və yalnız 9 yaşı olanda yenidən Kaliforniyaya qayıdırlar. Cessika Albanın uşaqlığı və gəncliyi ağır keçən xəstəlik illəri ilə yadda qalıb. Belə ki, uşaqlıqda cılız və arıq olduğu üçün çox xəstələnirdi. O, iki dəfə atelaktaz, bir neçə dəfə pnevmaniyaya tutulub, həmçinin onda başqa sindromlar da baş qaldırırdı. Onun sağlamlıq vəziyyəti yaxşı olmadığı, uzun müddət xəstəxanada yatdığı üçün məktəbdə digər uşaqlardan tədric olunurdu. Bir müddətdən sonra cılız qızın səhhəti düzəlməyə başlayır. Alba aktrisalıqla hələ 5 yaşından maraqlanırdı. Elə buna görə də, qızcığazın aktrisalıq xəyalları 12 yaşından reallaşmağa başlayır. 12 yaşında aktyorluq sənəti kurslarına yazılır. Məktəbi bitirəndən sonra Cessika özünü daha da inkişaf etdirmək üçün Atlantic Theater Company teatr məktəbinə təhsil almağa gedir. Elə həmin dövrdə ona çox pis təsir göstərən dəhşətli hadisə ilə üzləşir. Cessikanı elə çəkiliş meydançasında oğurlayaraq yüksək miqdarda pul tələb edirlər. Valideynlərinin isə bu pulu ödəməyə imkanı yox idi. Xoşbəxtlikdən bir neçə gün sonra qızı atılmış avtomobilin yük yerində tapmağa müvəffəq olurlar. Bu dəhşətli təcrübə Cessin yaddaşında həmişəlik həkk olunur. Hazırda o, itmiş və oğurlanmış uşaqlara dəstək vermək və yardım etmək üçün xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur.

Cessika Alba ekranlarda ilk dəfə 1994-cü ildə 13 yaşında peyda olur. O, “İtirilmiş düşərgə” teleserialında çəkilir. Bundan sonra bir neçə reklamda çəkilmək təklifi alır. Lakin aktrisanın karyerasında “Aleks Makın gizli dünyası” serialı daha mühüm rol oynayır. 1998-ci ildən Cessika populyar “Cənubi Brunklin” və “Beverli Hillz” kimi seriallarda çəkilməyə başlayır. Tammetrajlı filmdə ilk debütü praktik olaraq ekranlara eyni vaxtda çıxan “Öpülməmiş” və “Cani əli” filmləri olur. Lakin bütün bu layihələr aktrisaya gözlənilən populyarlığı gətirmirdilər. 2000-ci ildə ekranlara “Zülmət mələyi” serialı çıxandan sonra karyerasında ciddi dönüş yaranır. Albaya dünya şöhrətini də məhz bu serial gətirir. Bu serialdakı roluna görə, aktrisa “Qızıl qlobus” mükafatını qazanır.

Bundan sonra aktrisa komediya janrından tutmuş qorxulu filmlərdə, bir-birindən rəngarəng və müxtəlif rollarda çəkilir. Alba aktyor xidmətlərindən başqa bir çox jurnal reytinqlərində dünyanın ən seksual qadın statusuna layiq görülüb. Onu adı planetin ən cazibədar xanımları siyahısında yer alır. 2001-ci ildə Cessika “Maxim” jurnalının seksual xanımların siyahısında birinci yeri tutur. 2006-cı ildə aktrisanın “Playboy” jurnalında bikini ilə şəkilləri peyda olur. Aktrisa onun şəklini icazəsiz istifadə etdiklərinə görə, jurnalı məhkəməyə verir. Jurnalın üz qabığında verilən şəkil “Cənnətə xoş gəlmisiniz” filminin çəkilişləri zamanı çəkilmişdi. Bununla belə aktrisa iddiasını geri götürür. Çünki jurnalın redaktoru üzrxahlıq istəyir və xeyriyyə təşkilatlarına dəstək olmağı öz öhdəsinə götürür. Alba müqavilələrə ciddi şərtlər qoyur. Belə ki, aktrisa soyunmağa razı olmur. Onun “Günahlar şəhərində” iştirak etmək imkanı yaranır, lakin çılpaq rolları rədd edir. “Mən heç bir filmə çılpaq çəkilmirəm, sadəcə olaraq bunu edə bilmirəm. Ola bilsin ki, bu məni yaxşı aktrisa etməyə qoymur. Bəlkə də müəyyən imtiyazlardan məhrum olacağam. Bu mənə maraqlı deyil! ”

Digər Hollivud aktrisalarından fərqli olaraq Cessikanın çoxsaylı romanları olmayıb. Məşhur olduğu illərdə adı ancaq 2 kişi ilə hallanıb. Bu da cazibədar aktrisanın mühafizəkarlığı ilə bağlıdır, o, bir qadın kimi özünə dəyər verməyi bacarır, özünə hörmət edir. Aktrisa 2000-ci ildə çəkildiyi “Zülmət mələyi” serialındakı tərəf müqabili Maykl Ueterli ilə görüşürdü. Cazibdar aktrisanın 20 yaşı tamam olanda cütlük nişanlandığı elan edir. Lakin 2003-cü ildə sevgililər arasındakı münasibətlər başa çatır. Bir neçə ildən sonra aktrisa həmkarı Keşa Uerronla görüşür. Hansı ki, onunla da “Fantastik dördlük” filminin çəkiliş meydançasında tanış olmuşdu. Çoxdan gözlənilən toy mərasimi 2007-ci ilin may ayında reallaşır. Bir ildən sonra cütlüyün qızı dünyaya gəlir. 2011-ci ildə isə aktrisanın ikinci qızı dünyaya gəlir. “Böyük qızımın paltarları kiçik qızıma qalır. Bu ənənə mənim ailəmdə də belə olub. Qəribədir ki, biz hər bir ana kimi normal şeylər edəndə, paparatsilər hərislə bizi çəkirlər. Bu yeganə sevmədiyim məqamdır!”

2 uşaq anası olan Cessika Alba ideal bədən quruluşuna idman sayəsində nail olur. Hamiləlik dövründə cazibədar aktrisa hətta 20 kq kökəlmişdi. Hər gün ən az 45 dəqiqə idman edir. Həftədə 5 dəfə təmiz havada qaçır. 30 dəqiqədən az olmamaq şərti ilə velosiped sürür. İdmandan başqa sirləri də var. Qidalanlamağına xüsusi fikir verir. Yeməkləri öz əlləri ilə bişirməyə üstünlük verir. Cazibədar aktyrisa 12 yaşından bu tərəfə öz yeməklərini özü hazırlayır. Ailə üzvləri çox kök idi, onlarla eyni taleyi yaşamamaq üçün kiçik yaşlardan yeməklərini özü hazırlamağa başlayır. O zamandan bu vaxta qədər yağlı və şirin yeməklər əvəzinə, zeytun yağında qızardılmış tərəvəzlərlə əvəz edib. Salatlara hazır soslar qatmağın qəti əleyhinədir. Səhərlər həzm sistemini yaxşılaşdırmaq üçün omlet, meyvə və süzmə pendir yeməyi xoşlayır. Günortalar balıq və salat, axşamlar isə toyuq yeməklərini xoşlayır. Gün ərzində dərini gözəlləşdirən quru meyvələrdən atışdırır. Dondurma dəlisidir. Hərdən dondurulmuş çiyələkli yoqurt da yeyir. Lakin şirniyyat və ağ çörəkdən imtina edib.

Hollivudun ən gözəl aktrisası gözəlliyi ilə hər kəsi heyran qoya bilmək üçün yediyi hər şeyə fikir verir. Xüsusən də təbii qidalara üstünlük verir. Gözəl görünmək istəyən tərkibində kimyəvi maddələr olan qidalardan uzaq durmağı tövsiyə edir. Çünki bədən onlarla mübarizə aparmaq üçün yağ hüceyrələri istehsal edir. Tərəvəzləri xoşladığı üçün bəzilərini çiy yeməyə üstünlük verir. Aclığını yatızdırmaq və gün ərzində enerjili qalmaq üçün çoxlu su qəbul edir. Tərəvəzlərin kalorisi az olduğu üçün sxılmış tərəvəz sularını içir. Tərəvəz sularının dadlı olması üçün içinə yemiş suyu əlavə edir. Bu sular aclığı yatızdırmaq üçün əla vasitədir. Tərkibinin mineral və vitmainlərlə dolu olduğunu söyləməyə ehtiyac yoxdur. Əks halda 33 yaşlı aktrisa 20 yaşında gənc qız qız kimi görünməzdi ki...

33 yaşlı gözəl həftədə 3 səfə yaşıq yarpaqlı tərəvəzlərlə qidalanır. Rəngli tərəvəzlər onun gəncliyinin əsas sirridir. Daha çox çəki atmaq istəyirsinizsə, onları süfrənizdən əskik etməyin. “Hündür daban ayaqqabılara həmişə qeyri-ciddi münasibət göstərmişəm. Yəni, zərif qadın ayaqqabılarına qarşı həssas deyiləm. Onları xüsusi hallada daşıya bilərəm”.

Cessika Alba seksual imicini onun aktrisalıq karyerasına mənfi təsir göstərdiyi üçün heç sevmir. Ciddi obrazlarını kişilər layiqincə qiymətləndirə bilmir və onu sadəcə seksual qadın kimi görürlər.

Aktrisa uşaqlıqda katolik kilsəsinə gedərdi. Böyüdükdən sonra ora getməkdən imtina edir. Aktrisa kilsənin homoseksuallığı və nikahdan əvvəl seksi qadağan etdiyi üçün onun qaydalarını pisləyir. Aktrisa həftədə 3 dəfə kilsəyə gedir və İncili öyrənirdi. Bu əslində, Albanın valideynlərinə qarşı bir protesti idi. Belə ki, valideynləri gəzməyi və gecə klublarında əylənməyi xoşlayırdılar.

Aktrisanın ən yaxın rəfiqləri Eva mendes, Eva Lonqoriya və Keyt Xadsondur.

Cessika uşaqlıqda astma xəstəliyindən əziyyət çəkib.

Aktrisa “Günahlar şəhərində” filmində açıq səhnələrdən çox qorxurdu. Ona hazırlaşmaq üçün aktrisa yaxşı içib, şəhərin bütün strip-klublarını gəzməyə qərar verir. Bu filmdə striptizçi qadın obrazını canlandırsa da, soyunmur.

“Əlbəttə ki, bu cür səhnələr tamaşaçılara xüsusi zövq verir. Lakin mən bu rolda özümü dəhşətli dərəcədə pis hiss edirdim. Seksual qadın olsam da, utanıram. Mən heç vaxt yataq səhnələrində çəkilməmişəm və kamera qarşısında soyunmamışam. Həmişə güclü, hətta kobud qadın rollarını ifa etmişəm. İndi isə zərif qız rollarına çəkilmək arzusundayam".

“Əgər siz başınız dik, çiyinləriniz düz gəzirsinizsə, siz özünə inamlı və xoşbəxtsiniz. Qalan məsələlərin əhəmiyyəti yoxdur”.

"Özümü adətən sakit və özünə inamlı aparıram. Elə bil ki, qəhrəmanam. Əylənmək istəyəndə isə uşaqlıq edirəm".

"Sadiqliyi zaman özü imtahana çəkir. Qapalı olun və onların nə təklif etməsindən asılı olmayaraq, sizə əziz olan insanları sevməyə davam edin..."

"Mən kişi məclisini çox xoşlayıram. Cinsləri, istənilən hündür daban ayaqqabı və qısa yubkalara dəyişmərəm".

"Biz elə bir dövrdə yaşayırıq ki, hansı ki, qadınlar istənilən kişinin cibini soya bilərlər".

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm