Ancelina Colidən cazibədar -FOTOLAR
Bizi izləyin

Qadın

Ancelina Colidən cazibədar -FOTOLAR

Ancelina Coli sevənləri nadir hallarda sevindirir.

Publika.Az xarici mətbuata istinadən xəbər verir ki, cazibədar aktrisa axır ki, yenidən jurnalın üz qabığında çəkilməyə razı olub. Aktrisa “ELLE” jurnalına cazibədar pozalar verib. Coli bu fotosessiyanın ağ-qara foto janrında olmasını istəyib. Təmtəraqlı geyimlərdən imtina edib, hər zaman üstünlük verdiyi minimalizm üslubda geyinib.

Aktrisa “Malifisenta” filmində canlandırdığı və yaradıcılığına tamamilə yad olan ifritə rolu haqqında danışıb. Aktrisa bu obraza qarşı fövqəladə cazibə hiss etdiyini bildirib.

Qeyd edim ki, bu filmdə aktrisanın kiçik qızı da çəkilmişdi. “Bu rola başqa birini çəkə bilməzdik. Çünki Viven mənim kölgəm kimidir. Həmişə mənim dalımca gəzir. Ona mənim işləyib yorulduğum maraqlı deyil. “Anacan, anacan” deyib dalımca gəzəcək. Mən bilirdim ki, bu çəkiliş meydançasında da davam edəcək. Ona görə də, rola ən yaxşı namizəd mənim qızım idi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm