Dünya qadınlarının gözəllik sirləri
Bizi izləyin

Qadın

Dünya qadınlarının gözəllik sirləri

Publika.Az-ın qadın bölməsi dünya qadınlarının gözəllik sirrlərini araşdırıb. Bu gözəllik rituallarına təəccüblənməmək mümkün deyil.

Çin gözəllərinin əsas sirri ağ çaydır - Bu çay Çində imperator çayı kimi tanınır. Tərkibi yüksək antioksidantlarla doludur. Antioksidantlar isə dərini gözəlləşdirməyə xidmət edir. Çinlilər qocalıqla məhz ağ çayla mübarizə aparırlar. Ağ çay qırışların ən böyük düşmənidir, o dəriyə gözəllik bəxş edir. Üstəlik ağ çay təkcə dəriyə yaxşı təsir göstərmir, həm də yağları əridir. Sağlam həyat tərzini təbliğ edən çinlilər ağ çayın arıqlamağa kömək etdiyini də iddia edir.

Brazilyalı gözəllərin sirri qumda gizlənib - Brazilyalı qadınların qüsursuz gözəlliyi haqqında danışmağa gərək duymuram. Lakin onların gözəlliyi təkcə genlə bağlı məsələ deyil. Belə ki, dünyanın ən gözəl qadınları günəş vannası qəbul etdiyi sahillərdə qumları selulit maskası kimi istifadə edirlər. Onlara rast rast gələndə təəccüblənməyin. Çünki braziliyalı qadınlar sahillərdə uzanıb dərilərini qumla massaj edirlər. Pilinq effekti verən massaj selulitləri aradan qaldırır.

Fransız kübarlarının seçimi isə mineral sulardır. Elə bir qadın yoxdur ki, fransız xanımlarının kübarlığına və incə zövqünə həsəd aparmasın... Dünyanın ən romantik şəhəri hesab olunan Parisdə xanımlar yüksək və dəblə geyinirlər. Elə bilirsiniz ki, gözəlliyə ancaq düzgün seçilmiş geyim sayəsində nail olurlar? Xeyr. Onlar stil sahibi olmağına baxmayaraq, parıltılı və hamar dəriləri ilə göz oxşayırlar. Onlar bu gözəlliyi mineral sulara borcludur. Fransız gözəlləri mineral suyun içindəki oksigenin qan dövranını sürətləndirdiyini söyləyir. Demək olar ki, bütün fransız qadınlarının gözəl dərisini olduğunu nəzərə alsaq, bu barədə haqsız sayılmırlar.

Möhtəşəm dəriyə malik olan fransız qadınlar albalı və nar maskalarından da istifadə edir. Onlar, albalı və nar dənələrini blenderdə əzərək üzə çəkir. Bu maska həftədə bir dəfə olmaqla 5-6 dəqiqə istifadə olunur.

Sultanların hamam mədəniyyəti - Dünyada gözəlliyi ilə ad çıxaran xalqlardan biri də türk xanımlarıdır. Osmanlı sultanlarının təbii gözəlliyinin sirrini öyrənmək istəyirsiniz? Gözəl görünmək üçün Osmanlının gözəl xanımları hamam səfasına gedərlərmiş. Əyləncəli hamam ritualı zamanı kisələmə prosesi pilinq təsiri göstərir. Daha sonra dərilərini gül və lavanda yağları silib nəmləndirirlər. Sabun isə o dövrlərdə dərini təmizləyən ən gözəl vasitə hesab olunurdu. Təbii ki, sabunların ən keyfiyyətlisi saray xanımları üçün seçilərdi. Osmanlı saraylarına gətirilən tonlarla gül suyunun səbəbi isə təkcə dəri qulluğu üçün nəzərdə tutulmurdu. Onların dillərdə dolaşan gözəllik sirlərindən biri də gül şərbətinin arıqlamağa kömək etməsidir.

Hind qızlarının qalın saçları - Hind qızları uzun və ipək saçları ilə məşhurdur. Belə gözəl saçların sirri hind yağındadır. Hindistanlılar ilıq kokos yağı ilə saç dərisini massaj edir. Bir gecə saçda qalan yağ səhəri gün yuyulur. Beləliklə, saç parlaq və canlı olur.

Ehtiraslı italyan qadınları - İtalyan qadınlarının parlaq saçlarının sirri qatıqdadır. Bir az qatıq və bir qaşıq zeytunu qarışdıraraq saçınıza çəkin. 5 dəqiqə sonra saçlarınızı su ilə yuyun. Nəticə canlı və parlaq saçlar olacaq.

Alovlu ispan qadınları - İspan qadınları saçlarını sağlam saxlamaq üçün mərcan şirəsindən istifadə edir. 1,5 stəkan mərcanı şirəsi ilə eyni miqdarda suyu qarışdırdıqdan sonra bu qarışıq ilə saçlarınızı yuyun. Nəzərə almaq lazımdır ki, bu qayda ancaq əsmər qadınlar üçündür. Sarışın və qızılı saçlı qadınlar isə mərcan şirəsinin əvəzinə, limon suyu istifadə edə bilər.

İngiltərə - İngilis qadınlarının hamar dərilərinin sirri yulaf unundadır. 2 qaşıq xama və 4 qaşıq yulaf ununu qarışdırın. Alınan məhlulu bir müddət kənarda saxlayın. Məhlulu üzünüzə çəkin. Nəticədə üzünüz kremə ehtiyac duymayacaq.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm