• USD 1,7002 0,00% EUR 2,0070 0,00%
    • GBP 2,2488 0,00% RUB 0,0285 0,00%

Təbii saç boyalarının özəllikləri

  • Qadın
  • 21 Yanvar 2014 17:59
  • 6 246 Baxış
Təbii saç boyalarının özəllikləri

Gözəllik salonuna getməkdən bezmisinizsə, əl qabiliyyətinizi işə salınmalı olacaqsınız. Çünki saçınızı özünüz boyayacaqsınız.

1. Rəngi müəyyən edin – Əgər heç vaxt qalıcı boya çəkməmisinizsə, keçici boya alın. Beləcə bəyənməsəniz, rəngi dəyişmək asan olacaq. Dəri tonunuza uyğun və təbii saç rənginizdən 2 ya da 3 ton tünd rəng seçin. Ağ və boz saç tellərini nəzərə alsanız, bir neçə ton tünd ton saçlara yaxşı tündlük bəxş edəcək. Əks halda bu hissələrdə maraqlı narıncılıq müşahidə oluna bilər. Özünüzü hazır hiss etdiyini anda addım-addım saçları rəngləməyə başlaya bilərsiniz.

2. Saçların keyfiyyətini nəzərə alın – Saçları boyamazdan əvvəl hansı halda olduqlarını nəzərdən keçirin. Saçlar nə qədər sağlam olsa, aldığınız nəticə bir o qədər yaxşı olacaq. Buna görə də boyamazdan əvvəlki həftə saçlara yaxşı qulluq edin. İçində saçları gücləndirən B vitamini, pantenol, E vitamini, avokado və ya kakos yağı kimi nəmləndirici maddələr olan məhsulları nəzərdən keçirin. Saçınız çox korlanıb və qurudursa, o halda saçları boyamaqdan bir müddət vaz keçməkdə fayda var. Korlanmış saçları kəsdirib, bir müddət yaxşı qulluq etdikdən sonra boyamaq olar. Saçları boyadıqdan sonra ayda 2 dəfə maska tətbiq edin.

3. Düzgün rəng seçimi – Uğurun əsas sirri düzgün rəng seçimində gizlənib. Parlaq gün işığında təbii saç rənginizə yaxşı baxın. Daha sonra gözlərinizə və dəri rənginizə uyğun olan rəng seçin. Məsələn, dəriniz sarıtəhər və ya buğda tonlarındadırsa, o halda qırmızı, şabalıdı, qəhvəyi tonlara üstünlük verə bilərsiniz. Dəriniz ağdırsa, o halda kül tonlarını sınaqdan keçirin.

4. Üsul müəyyən edin – Peşəkar ustalar yarı qalıcı və ya yuyulduqdan sonra başlamağı tövsiyə edir. Bunlar yüngül məhsullar olduğu üçün 28 dəfə yuyulduqdan sonra çıxarlar. Qalıcı boya istəyirsinizsə, damcı şəklində olmayan məhsulları seçə bilərsiniz. Qurumuş saç uclarını boyamazdan əvvəl içində maska paketi olanlara üstünlük verə bilərsiniz. Boyamağa başlamazdan əvvəl qutunun üzərində yazılan təlimatları mütləq oxuyun. Beləcə boyanı daha rahat çəkərsiniz, həm də allergiya ehtimalını da öyrənmiş olarsınız.

5. Rəngi qorumaq üçün – Saçı boyayıb forma verdikdən sonra əldə etdiyimiz rəngi qorumaq lazım gəlir. Bəs saç rəngini necə qorumalı? Saç rəngini uzun müddət qorumaq üçün günəş və xlorlu sudan uzaq olmalısınız. Saç feni və düzləşdirici kimi cihazlardan çox istifadə etməyin. Bunlar həm saç rənginin tez getməsinə, həm də korlanmasına səbəb olur. Saçların parlaqlığı və nəmini qorumaq üçün xüsusi ilə rəngli saçlar üçün istehsal edilən şampunlar istifadə edin. Bunlara diqqət edin:

  • Başlamazdan əvvəl mütləq üzərində yazını və istifadə qaydasını oxuyun.
  • İstifadə qaydasını düzgün hazırladığınızdan əmin olun.
  • Köhnə köynək geyinin, ya da köhnə dəsmal istifadə edin.
  • Saçınıza ətrafındakı dərinin ləkələnməməsi üçü bir az vazelin çəkin, ancaq saça dəyməməsinə diqqət edin.
  • Boyanı mütləq əlcəklə çəkin.
  • Saçları ayıranda ağzı geniş olan daraq istifadə edin.
  • Dəriyə bulaşan boyanı yaş salfet, şampunlu və ya təmizləyici pambıqla silin.
  • Rəngi nə qədər sonra yumalı olduğunuz dəqiq bilmək üçün saatı qurun.
  • Saçınız açıq qəhvəyi rəngindən daha tündürsə, rəngini açan və ya saraldan maddələr istifadə etməyin. Əks halda, saç rənginiz narıncı ola bilər.
  • Cərayan olan yerdə və ya odun yanında oturmayın. Çünki bu da saç rənginin qalıcı olmasına kömək edir.
  • Gözləmə şəraitində telefonla danışmayın. Əks halda zamanın necə keçdiyini yadından çıxa bilərsiniz.

Saç boyalarının özəllikləri:

Təbii boyalar (bitki mənşəlli) saç telinin içinə nüfuz etməz və ağ saçı tamamilə rəngləmir və saça parlaqlıq və həcmlilik qazandırır. Dolayısı ilə, saça qulluq da göstərir. Əgər saçları boyamaq deyil, təkcə gücləndirmək istəyirsinizsə, neytral xına istifadə edə bilərsiniz.

Təbii boyaların özəlliyi: sintez ilə əldə edilmiş boyalarla nisbətdə daha çox kiçik molekullardır. Bu özəllik onların saç telini əmələ gətirən qabığa nüfuz etmələrini təmin edir. Beləcə saç boyaları kimi saç rəngi ilə bütünləşir.

Adi boyalar şampunla yuyulduqdan sonra rəngini itirir. Təbii saç boyaları saçı korlamadan rənginin sabit qalması baxımından yaralıdır. Kimyəvi boyalarla müqayisədə daha çox gözləmək lazım olur. Məsələn, saçınızın narıncı rəng almasını istəmirsinizsə, saç boyasını daha az saxlaya bilərsiniz.

Təbii boya ilə boyanmış saça kimyəvi boya çəkildiyi halda qutunun üzərində yazılan vaxtdan daha uzun vaxta ehtiyacı var. Kimyəvi tərkibli boyanın qüvvətlənən saça nüfuz etməsi üçün daha çox vaxt tələb olunur. İstənilən nəticəni əldə etmək üçün bəzən bir neçə dəfə təcrübədən keçirmək lazım olur.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>