Əri “Kişi kimi görünürsən” dedikdən sonra sinəsinə... - FOTOLAR
Bizi izləyin

Qadın

Əri “Kişi kimi görünürsən” dedikdən sonra sinəsinə... - FOTOLAR

Qadının həyatı kabusa dönüb.

Əri "kişi kimi görünürsən" dedikdən sonra sinələrini böyütməyə qərar verən qadının həyatı kabusa dönüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 48 yaşlı Ceyni Birin əri ona xarici görüşünə görə kişiyə bənzədiyini dedikdən sonra, o, 2004-ci ildə sinəsini böyütməyə qərar verib. O, maşınını sataraq əməliyyata təxminən 4 min Funt Sterlinq pul ödəyib.

Əməliyyatdan sonra Ceyni özünü seksual hiss etdiyini etiraf edib. Lakin qeyri-peşəkar həkimin səhvi nəticəsində slikonlar qadının sinəsində iltihablanmaya səbəb olub. Hətta qollarını qaldıra bilməyən qadın 2012-ci ildə 2 əməliyyat keçirib. O, "Slikonlar çox böyük olduğu üçün döşlərim sallanmışdı, bədənimə ağırlıq edirdi", - deyə bildirib. Ceyni yenidən 4 min 500 Funt sterlinq ödəyərək slikonlarını dəyişdirməli olub. Bu dəfə isə istədiyindən böyük sklikonlar taxılıb.

2015-ci ildə yenidən başqa bir cərraha gedən qadın bu dəfə 5 min 500 Funt sterlinq ödəyib. Ceyni ilk vaxtlarda nəticədən məmnun qalsa da, zamanla döşlərində ağrı hiss etməyə başlayıb, nəticədə slikonları çıxartmaq məcburiyyətində qalıb. Peşman olduğunu etiraf edən Ceyni keçirdiyi estetik əməliyyatların həyatını məhv etdiyini söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm