"Qadın üçün şeytanla öpüşmək daha asandır, nəinki..." - Məşhur kişilərdən İNANILMAZ SÖZLƏR
Bizi izləyin

Qadın

"Qadın üçün şeytanla öpüşmək daha asandır, nəinki..." - Məşhur kişilərdən İNANILMAZ SÖZLƏR

"Qadın eyni zamanda alma və ilandır"

Publika.az 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə məşhur kişilərin zərif cinsin nümayəndələri haqqında dediyi mübahisəli və sərrast, təsirli və sarsıdıcı, ciddi və konkret fikirləri təqdim edir.

"Bəzi qadınların küçədən bir dəfə keçməsi kifayət edir ki, kişilərin yaddaşında həmişəlik qalsın” Ridyard Kiplinq.

"Əgər qadının əslində nə haqqında fikirləşdiyini bilmək istəyirsinizsə, ona baxın, amma qulaq asmayın". Oskar Uayld.

"Qadın eyni zamanda alma və ilandır" - Henrix Heyne.

"Gecə ulduzlara və qadınlara parıltı verir" - Bayron.

"Güzgü cihazdır, hansı ki qadının gündə on dəfə onda öz silahını ölçüb-biçir" - Anton Çexov.

"Qadın üçün şeytanla öpüşmək daha asandır, nəinki başqasına gözəl demək" - Nikolay Qoqol.

"Aşiq olan kişi adətən axmaq kimi görünür, qadın isə heç vaxt" - Etyen Rey.

"Zəriflik və dərinlik - bu, qadındır, bu səmadır" - Viktor Hüqo.

"Uşağını itirən bir ana üçün hər gün ilk gündür bu, iztirab qocalmaz" - Viktor Hüqo.

"Qadın istənilən kişini milyonçu edə bilər, əgər o, milyarderdirsə" - Çarli Çaplin.

"Qadın etinasızlıqdan başqa hər şeyi bağışlayır" - Alfred de Myusse.

"Əgər mənim də qadınlar kimi o qədər qayğım olsaydı, fizik ola bilməzdim" - Lev Landau.

"Elə qadınlar var ki, sevgi üçün yaradılıb və elə qadınlar da var ki, intriqalar üçündür" - Uilyam Tekkerey.

"Qadını sükut bəzəyir" - Homer.

"Hər qadına sahib olmağa çalışan kişi bir qadına həsrət qalar! Bir qadına sahib olan kişi hər qadını özünə heyran buraxar" - Viktor Hüqo.

“Gözəl qadın gözlərə, xeyirxah qadın isə ürəyə xoş gəlir. Birinci gözəldir, digəri isə xəzinə" - Napoleon Bonapart.

"Qadınlar tarixdə dini və irqi təqiblərdən daha irimiqyaslı təzyiqlərə məruz qalıb" - Leonardo Di Kaprio.

"Qadın həmişə illüziya olmalıdır" - Yan Fleminq.

"Mən bir şeyi anladım: Qadın - kişinin əksidir. Əgər onu dəlicəsinə sevsəniz, o, sizin istədiyiniz biri olacaq" - Bred Pitt.

"Ah, bu qadınlar! Onlara yalnız istəmək lazımdır!" - Emil Zolya.

"Kişilər qadın haqqında 35 yaşından sonra düşünməyə başlayır. O yaşa qədər sadəcə qədər hiss edir" - Oston Omelli.

"Qadınlar kişilərdən daha müdrikdir. Çünki onlar daha az bilir, amma daha çoxunu dərk edir" - Ceyms Stivens.

"Ananın öz oğlunu kişiyə çevirməsi üçün 20 il lazım olur, digərininsə bir kişini axmağa çevirməsi üçün cəmi 20 dəqiqə" - Robert Frost.

"Qadına heç vaxt onun çətin başa düçəcəyi sözü demək lazım deyil. Çünki o, bu haqda fikirləşəcək və onun fikri nadir olmayan hallarda səhv yöndə olacaq" - Viktor Hüqo.

"Qadının qəlbini fəth etməyin yeganə doğru üsulu qarşısında diz çökməkdir" - Cerold Duqlas.

"Qadın sevdiyi kişi ilə özünü inamsız, sevmədiyi kişi ilə bədbəxt hiss edir. Və həmişə onlar arasında seçim etməli olur" - Anatol Frans.

"Qadın sevilmək üçün yaradılıb, başa düşülmək üçün deyil" - Oskar Uayld.

"Bu həyatda ən kədərli şey dünyada bu qədər gözəl qadın olduğu halda ömrün qısa olmasıdır" - Con Berrimor.

"Qadın fəhmi daha dəqiqdir, nəinki kişi məntiqi" - Redyard Kiplinq.

"Sevən qadının ürəyi həmişə ümidlə doludur; Onları öldürmək üçün tək zərbə kifayət deyil, xəncərlər lazımdır. O, son damla qanına qədər sevir" - Onore de Balzak.

"Qadın nifrəti əslində, məhəbbətdir, yalnız istiqamətini dəyişmiş" - Henrix Heyne.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm