Belinin incəliyi bütün kişiləri heyrətə gətirir - FOTOLAR
Bizi izləyin

Qadın

Belinin incəliyi bütün kişiləri heyrətə gətirir - FOTOLAR

Qızın belinin incəliyi görənləri hertəyə salır.

13 yaşından bəri korset geyən Raykel Skellinqton adlı qız belinin incəliyi ilə hər kəsi, xüsusilə kişiləri təəccübləndirir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 13 yaşında onurğasındakı əyriliyi düzəltmək üçün korset geyinməyə başlayan Raykel hadisənin üstündən 8 il keçməsinə baxmayaraq, hələ onu geyinməyə davam edir. Qız korseti hər gün geyindiyi üçün beli inanılmaz dərəcədə incəlib.

Məlum olub ki, amerikalı bir qadının beli orta hesabla 95 sm olduğu halda, korsetlərə çoxlu pul xərcləyən gənc qızın beli sadəcə 45 sm-dir.

Raykel mütəmadi olaraq korset istifadə etməsinin səbəbini belə açıqlayıb:

“Onurğam digər insanlar kimi I şəklində deyil, J şəklində idi. Bundan dolayı dostlarım məni tez-tez gülüş hədəfinə çevirirdi. Həkim məsləhətindən sonra korset geyinməyə başladım. Bu şəkildə dik dayanmağı öyrəndim".

2 il sonra velosipeddən yıxılan Raykelin sol çiyini zədələnib. Həkimlər qız sağaldıqdan sonra yeriyə biləcəyini, ancaq böyük ehtimalla axsayacağını deyib. Yenidən korset geyməyə qərar verən gənc qız altı ay sonra müayinəyə gedəndə həkimi ona “Korset geyinməsəydin, axsayacaqdın” ,- deyə cavab verib.

Raykel korsetə o qədər öyrəşib ki, artıq onu həyatının ayrılmaz hissəsinə çevirlib. Bütün pulunu kortsetlərə xərcləyən qızın geniş kolleksiyası var.

O, korsetlərin heç bir mənfi təsirini görmədiyini iddia edib: “Orqanlarım sağlamdır, nəfəs almaqda çətinlik çəkmirəm, imicimi sevirəm".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm