• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Yeməkdən sonra bunu etmək olmaz! – FOTOLAR

  • Qadın
  • 10 May 2014 11:26
  • 631 Baxış
Yeməkdən sonra bunu etmək olmaz!  – FOTOLAR

Yemək yedikdən sonra bəzi səhvlərə yol veririk. Çoxumuz yeməkdən dərhal sonra çay və ya qəhvə içirik. Kişilər isə adətən siqaret çəkirlər. Halbuki, bunların hər biri sağlamlığımız üçün olduqca təhlükəlidir. Publika.Az mütəxəssislərin hazırladığı, yeməkdən sonra qadağa qoymalı olduğunuz vərdişləri təqdim edir:

Duş qəbul etmək - Yeməkdən dərhal sonra duş qəbul etmək bədən üçün yaxşı fəaliyyət sayılmır. Duş qəbul edən zaman əl, ayaq və bədənin qan dövranı sürətləndiyi üçün mədə ətrafındakı qan dövranı zəifləyir. Bu isə həzmsizlik probleminə yol açır.

Qaçmaq və yatmaq - İnsanların çoxu yeməkdən sonra gəzməyin faydalı olduğunu düşünür. Ancaq mütəxəssislər yürüşə yeməkdən ən az bir saat sonra çıxmağı tövsiyyə edir. Yeməkdən dərhal sonra yürüşə çıxsanız, aldığınız qidalar həzm edilmir. Yeməkdən dərhal sonra yatmaq isə həzm sistemindən problemə, dolayası ilə qastritə səbəb olur.

Çay və ya qəhvə - Bu səhvi etməyən yəqin ki, yoxdur. Mütəxəssislər çay və qəhvəni yeməkdən 2-3 saat sonra içməyi tövsiyyə edir. Əks halda içilən qəhvə və çay bədənin dəmir almasına mane olur və hemoqlobini aşağı salır. Qan azlığının ən böyük səbəbi yeməkdən sonra çay və qəhvə qəbul etməkdir.

Meyvə yemək - Yeməkdən sonra meyvə yemək faydalı deyil, əksinə zərərlidir. Yeməkdən sonra meyvə yeyildiyi zaman mədə hava ilə dolur və şişlik yaradır.

Siqaret çəkmək - Siqaretin zərərlərini bilməyən insan yoxdur. Lakin yeməkdən sonra siqaret çəkmək, 10 siqaretin zərərinə bərabər hesab olunur. Xərçəng xəstəliyinə yol aça bilər. Buna görə də ən az 1 saat gözləmək lazımdır.

Su içmək - Yeməkdən dərhal sonra su içmək mədədəki qidaların həzm edilmədən bağırsağa keçməsinə səbəb olur. Həmçinin mədə suyunu azaldıb onun zəifləməsinə səbəb olur.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR