Yayın dəb təhlili: Nələri geyinmək olmaz? – FOTOLAR
Bizi izləyin

Qadın

Yayın dəb təhlili: Nələri geyinmək olmaz? – FOTOLAR

Yayın yaxınlaşması xarakterik olaraq bizi təkcə günəşin nəzərəçarpacaq istiliyinə hazırlamır. Eyni zamanda yayı açıq geyimlərdə qarşılamağa hazırlaşan insanların sayı sürətlə artır. Nəticə etibarı bu, bizi “paltar böhranı” ilə qarşı-qarşıya qoyur. Dərinin hər hüceyrəsini isti hava ilə təmasına sevindirmək və ətrafda hiddət doğurmamaq çətin məsələdir. Çünki heç də hamı həm dəbin qaydalarına əməl edib, həm də zövqlü görünməyi bacarmır. Hələlik isə bizim ehtiyyatda may ayımız var və yay hazırlığına indidən başlaya bilərik. Publika.Az-ın qadın bölməsi yay mövsümünün dress-koduna düzgün əməl etməyi və nələri qarderobdan uzaqlaşdırmalı olduğunuzu izah edir.

Qısa yubka və ya paltar

Əgər yayda da hündür daban ayaqqabı və qısa yubkalardan canınızı qurtara bilmirsinizsə, heç olmasa daha təhlükəsiz variantları öyrənməyə cəhd edin. Ombalarda başlayan qısa, düz yubkalar istənilən bədən quruluşunun düşmənidir. Qısa yubka ilə hündür daban ayaqqabı geyinməyi düşünürsünüzsə, o zaman trapesiya formasında olan yubkalar tapın. Paltar isə dar olmamalıdır.

Olmaz

НЕТ: редактор австралийского Vogue Кристин Сентенера

Olar

ДА: блогер Дойна Чобану
Читайте подробнее WMJ.RUhttp://www.wmj.ru/moda/tendencii/pravila-kak-odevatsya-letom/?snpage=4#content

Qısa şortlar

Şortların beli nə qədər yüksək olsa, sizə qarşı ittihamları bir o qədər azaldar. Əgər ayaqları çox açıq şortlar almaq istəyirsinizsə, yuxarı hissənin belinizi layiqincə vurğulamasına fikri verin.

Olmaz

НЕТ: street-style

Olar

ДА: Лорен Конрад

Beli açıq geyimlər

Beli açıq geyimlər dedikdə əsas ziddiyyət onun hansı dərəcəyə qədər icazə verməsidir. Bu zaman alt paltarının görünməsi nəzərdə tutulmur. Digər qüsur isə kürəkdən əlavə, ayaqlar və sinə dekoltesini eyni zamanda istifadə etməkdir. Belə çıxır ki, zərif bel dekoltesi olan paltar yox, hər tərəfi göstərən çimərlik paltarı lazımdır. Ancaq bir nahiyəni açıq qoya bilərsiniz! Bundan başqa beli açıq geyimləri kürəyinə güvənən xanımlar daha gözəl daşıyır.

Olmaz

НЕТ: street-style

Olar

ДА: Street-style

Şəffaf geyimlər

Şəffaf parçaların açıq çalarlarını, yarım şəffaf paltarlar uyğunlaşdırğınız zaman uğurlu seçim alınar. Şəffaf geyimlər sərbəstlik verdiyi üçün paltarın altında qalan təbəqənin eyni rəngdə olması daha yaxşıdır.

Olmaz

НЕТ: street-style

Olar

ДА: Оксана Он

Alt paltarını xatırladan krujevalı geyimlər

Alt paltarını xatırladan krujevalı geyimlər tamam fərqlidir. Məsələn, yubka ilə qısa corablar yaxşı heç nə vəd etmir. Lakin şübhəli şəkildə gecəlik geyimlərini xatırladan donları istədiyiniz qədər sınaqdan keçirə bilərsiniz.

Olmaz

НЕТ: street-style

Olar

ДА: street-style

Qarnı açıq

Qarın dekoltesində demək olar ki, bir neçə riyazi qanunları xatırlatmaq lazım olacaq. Əgər qarnınızı tamamilə açıq qoymusunuzsa, özünüzü ya çimərlikdə hiss edirsiniz, ya da dünya ulduzlarını təqlid etməyə cəhd göstərirsiniz. Lakin dizaynerlərin təqdim etdiyi yüksək belli geyimlərlə birləşdirilən qısa köynəklər uğurlu seçimlər sırasına daxildir. Onlar praktik olaraq, bütün markaların kolleksiyalarında yer alır.

Olmaz

НЕТ: street-style

Olar

ДА: блогер Ханнели Мустапарта

Dekolte

Təvazökar sinə dekoltesi paltarın midi, ya da maksi olmasını tələb edir. Məsələn, Kim Kardaşyanın yubkası midi olsa da, açıq sinə və qarın dekoltesi kədərli görünür. Bu qədər açıqlıq nəyə lazımdır ki?

Olmaz

НЕТ: Ким Кардашьян

Olar

ДА: Холланд Роден

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm