Hansı dodaq boyası sənə daha çox yaraşır? - TEST
Bizi izləyin

Qadın

Hansı dodaq boyası sənə daha çox yaraşır? - TEST

Al, moruq, lavanda... sonsuza qədər rəng çalarları seçmək olar. Amma ən çox hansı rəng məhz sənə yaraşır? Bunu öyrənmək üçün Publka.Az-ın təqdim etdiyi testi nəzərdən keçir.

Al, moruq, lavanda... sonsuza qədər rəng çalarları seçmək olar. Amma ən çox hansı rəng məhz sənə yaraşır? Bunu öyrənmək üçün Publka.Az-ın təqdim etdiyi testi nəzərdən keçirin.

1. Sənin dərin günəşdə necə reaksiya verir?

A. Mən çox tez və gözəl qaralıram: Artıq iki gün sonra çimərlikdə dərim qızılı rəng alır.

B. Prinsipcə, qaralmaqla problemim yoxdur. Onun rəngi adətən zeytun çalarında olur.

C. Mənim dərim qaralmır, daha çox yanıram. Ona görə də, günəş əleyhinə güclü müdafiəsi olan krem çəkmədən çimərliyə çıxmıram. Günəş şüaları dərimdə güclü qızartılar doğurur.

D. Mənim dərim yanmaya məruz qalır. Və məzuniyyətdən sonra geri qayıdanda tez-tez bu sözləri eşidirəm: “Bəs qaralmamısan?”

2. Bəs sənin çillərin var?

A. Bəli, qızılı.

B. Var, amma çox azdır və onlar, demək olar ki, bilinmir.

C. Parlaq çillər məndə həmişə olub.

D. Yox.

3. Sənin gözlərin hansı rəngdədir?

A. İfadəli mavi, firuzəyi, yaşıl

B. Yumşaq, boğuq rəngi: bozumtul-yaşılı və ala.

C. Gözlərimdə qızılı işıq var və rəngi dəyişir.

D. Zəngin rəngli - göy, tünd qonur və zümrüd.

4. Hansı köynəkdə özünə daha çox gözəl görünürsən?

A. Süd və ağ rənglərdə.

B. Mavi.

C. Narıncı.

D. Qara.

5. Sən zahirən hansı nağıl personajlarına bənzəyirsən?

A. Zlatovlaska.

B. Zoluşka.

C. Peppi Dlinnıyçulok.

D. Ağbəniz.

Verdiyin cavabları hesabla: A, B, C və ya D.

A. Sənin pomada rəngin - qəhvəyi, torpaq rəngləri və mərcan qırmızısı. Soyuq rənglərdən çəkinməyə çalışın. Alternativ kimi sadə, şəffaf dodaq parıltısı üzərində dayana bilərsən.

B. Sənə bənövşəyi, moruq, albalı və tünd qırmızı pomada mükəmməl yaraşır. Sənin qadağan olunmuş rəngin - parlaq qırmızıdır. Çünki o makyajı "vulqar" göstərir.

C. Qırmızı, mis, narıncı, dərin qızıl çalarları sınaqdan keçirin. Çox işıqlı rənglər sənə yaraşmır. Çünki onlar üzünə hüznlü ifadə verəcək.

D. Böyük cəsarətlə soyuq və sərt rəngləri: tünd qırmızı, çəhrayı, tünd bənövşəyi - rəngləri istifadə edə bilərsiniz. Narıncı və parlaq rənglərdən qaçın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm