Qadınlar niyə hündür daban ayaqqabı geyinirlər?
Bizi izləyin

Qadın

Qadınlar niyə hündür daban ayaqqabı geyinirlər?

Bu xəbər xüsusən hündür daban ayaqqabı geyinməyi sevən qadınları sevindirəcək. Hündür daban ayaqqabı üzərində dayanmaq çətin olsa da, qadınları çox cazibədar göstərir. Və qadınları onun qədər özünə inamlı göstərən başqa bir şey mövcud deyil. Qadınlar topuqlu ayaqqabını sevməsə də, onu geyinən zaman özünü daha yaxşı hiss edir. Əslində, bunun dəqiq bir açıqlaması yoxdur. Bu mükəmməl hissi duya bilmək üçün yüksək zövqə malik qadın olmalısan...

Göz qamaşdırıcı - Hündür daban ayaqqabı geyinməyin başlıca səbəbi qadınları möhtəşəm və seksual göstərməsidir. Donları hündür daban ayaqqabı ilə geyinməyin xüsusi gözəlliyi var.

Kontrol və güc - Hündür daban ayaqqabı geyinmək qadınları özünü inanılmaz dərəcədə güclü hiss etdirir. Əgər hündür daban ayaqqabı geyinməyə vərdiş deyilsinizsə, yanınızda başqa rahat bir ayaqqabı götürün. Güclü görünmək istəyən qadınların fikrincə, əsas şərt hündür daban ayaqqabılarda gəzməyi öyrənməkdir. Elə indi onlarda gəzməyi öyrənin!

Cazibədar - Hündür daban ayaqqabı geyinməyin ən böyük səbəblərindən biri fotolarda daha cazibədar düşməkdir. Hər bir qadın topuqlu ayaqqabıların bu sehrindən xəbərdar olmalıdır.

Tık-tık səsləri - Hələ uşaq ikən bütün qızlar hündür daban ayaqqabılar kədərlə baxır və onları nə vaxt daşıya biləcəyinin xəyallarını qurur. Analarının başı qarşına kimi onların hündür daban ayaqqabılarını geyinib evdə gəzir... Tık-tık səsləri qadınların ən zəif nöqtələrindən biridir.

Əhval-ruhiyyəni qaldırır - Bütün qadınlar etiraf edir ki, hündür daban ayaqqabı geyinən zaman özlərini daha yüksək əhval-ruhiyyədə hiss edir. Hündür ayaqqabılarda özünü şahzadələr kimi hiss edir və o an dünyanın ən gözəl xanımı olduğunu düşünür. Stressi atmaq üçün hündür daban ayaqqabılara müraciət edin.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm