Qadınlar da müharibəyə gedəcək
Bizi izləyin

Qadın

Qadınlar da müharibəyə gedəcək

Böyük Britaniya hərbi qüvvələrində xidmət edən qadınların düşmənlə döyüşə girmək hüququ yoxdur.

Lakin krallığın müdafiə naziri Filip Hammondun son verdiyi bəyanatına görə tezliklə bu qadağa aradan qaldırılacaq.

Qeyd edək ki, ABŞ, Fransa, Kanada, İsraildə qadınlar hərbi hissələrdə xidmət edir. Hammond Böyük Britaniyada hərbi hissələrdə qadın azlığının diskriminasiyaya səbəb olacağını bildirir. Böyük Britaniyada qadınların ağır texnikaya tab gətirə bilməyəcəyinə görə,döyüşlərdə iştirakına qadağa qoyulub. Onların açıq döyüşlərə qoşulması 2018-ci ildə gözlənilir.

Hal-hazırda Britaniya hərbi qüvvələrində 16 min qadın iştirak edir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm