Dünyanın ən seksual 47 yaşlı nənəsi – FOTOLAR
Bizi izləyin

Qadın

Dünyanın ən seksual 47 yaşlı nənəsi – FOTOLAR

Jaklina adlı serbiyalı qadın instqaram ulduzuna çevrilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Jaklina ideal bədən ölçüləri və özünəməxsus cəlbedici tərzi ilə diqqət çəkir. O, dəbdəbəli həyat sürür və həyatının maraqlı anlarını sosial şəbəkədə izləyiciləri ilə paylaşır. Ən maraqlısı isə bu qadına baxanda qətiyyən inanmaq olmur ki, onun 47 yaşı var və iki nəvə sahibidir. Blogerin bədən quruluşuna və üz cizgilərinə istənilən model həsəd aparır. Bu səbəbdən də izləyicilərin çoxu Jaklinanı instaqramın ən dəbli nənəsi elan edib.

O, nəinki iki nəvə yetişdirir, həm də çoxlu səyahət edir və “Louis Vuitton”, “Dolce & Gabbana”, “Celine”, “Valentino” və s. bu kimi bahalı markaların geyimlərini instaqramda nümayiş etdirir. 47 yaşlı seksual nənənin sözlərinə görə, əsas məqsədi qadınları ruhlandırmaqdır:

"Əsas məqsədim qadınları ruhlandırmaq və özlərinə qarşı inam oyatmaqdır".

Jaklinanın üslubuna yaşadığı müxtəlif ölkələr də öz təsirini göstərib: İsveçrə, Fransa, Polşa və digərləri. İndi bloger İtaliyada səyahət edir və dar küçələrin, Roma fəvvarələrin fonunda çoxlu şəkillər çəkdirib paylaşır. Yeri gəlmişkən, o, hər kadrın altında #grandmotherthatlovesfashion (Nənə modanı sevir) həştəqini qeyd edir.

Serbiyalı nənə minimalizmdən uzaqdır, o, əsasən parlaq printləri sevir, həmçinin detallara qarşı da çox diqqətlidir. Jaklina əminliklə onu da vurğulayır ki, "Aksessuarlar istənilən modapərəstin qəlbinin güzgüsüdür".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm