Qızıl-zinət əşyalarının yaranma tarixi haqqında bilmədikləriniz - FOTOLAR
Bizi izləyin

Qadın

Qızıl-zinət əşyalarının yaranma tarixi haqqında bilmədikləriniz - FOTOLAR

Qızıl, gümüş, topaz, zümrüd, yaqut və brilyantlar istisnasız olaraq bütün gözəl cinsin təmsilçilərinin arzuladığı bəzək əşyalarıdır. Yeri gəlmişkən, özünü bəzəməyi təkcə qadınlar deyil, bir çox kişilər də sevir. Axı saatlar və qiymətli əşyalar sahibinin statusu haqqında çox şey deyə bilər. Ən maraqlısı isə zinət əşyalarını ilk dəfə kişilərin taxması olub.

Publika.az oxucuları qızıl-zinət əşyalarının yaranma tarixi ilə tanış edib. Bu icmalda zinət əşyalarının tarixi ilə bərabər, onların baha olmasının səbəbləri və üstünlüklərini araşdırmışıq.

İbtidai insanların bəzək əşayaları

Картинки по запросу jewellery history

Bəzək əşyaları insan həyatında həmişə olub və min illər ərzində öz inkişaf yolunu keçib. Zinət əşyalarının ilk dəfə kim tərəfindən və nə vaxt icad edildiyi dəqiq bilinmir. Lakin müxtəlif qazıntılar aparılarkən məlum olub ki, zinət əşyaları öz başlanğıcını bəşəriyyətin ən erkən dövrlərindən götürüb.

Zərgərlik sənəti insanın həyat fəaliyyətinin bir hissəsidir. Zərgərlik məmulatlarına əsasən qədim dövrdən başlayaraq bu günə qədər müxtəlif dövrlərin və xalqların mədəniyyətini və inkişafını asanlıqla izləmək olar. Tarixi bəzək əşyaları eramızdan xeyli əvvəl yaranıb. Düzdür, onda həmin əşyalar bəzək funksiyasını deyil, özündə əlavə məna yükü daşıyırdı. Və bəzək əşyalarından ilk dəfə kişilər istifadə etməyə başlayıb. Məsələ ondadır ki, onlar öz sahibinin müəyyən tayfaya aid olmasını göstərirdi. Bəzəklərə əsasən kimin tayfa başçısı, ovçu və ya döyüşçü olduğunu müəyyən etmək olardı. Onlar bəzəkləri həm də cinlərdən müadifə olunmaq, təbii fəlakətləri uzaqlaşdıqmaq məqsədi ilə və ovda uğur qazanmaq üçün simvolik qoruyucu - göz muncuğu kimi istifadə edirmiş.

Картинки по запросу jewellery history

İbtidai insanlar qədim kulonları əsasən sədəf rəngli balıqqulaqları və xırda daşlar, heyvan sümükləri və dişləri, eləcə də qəribə taxta çubuqlardan düzəldirdi. Məsələn, Mərakeşdə qazıntılar zamanı molyuska sədəflərindən düzəldilən boyunbağı tapılıb. Belə hesab olunur ki, bu boyunbağının təxminən 110 min il yaşı var. Kiçik Asiyada paleolit dövrünə aid olan qadının qalıqlarından isə çoxlu muncuq və qolbaq aşlkarlanıb.

Qədim Yunanıstanda zərgərlik

ювелирные украшения

Zərgərlik sənəti öz inkişafını bütün müasir incəsənət beşiyi sayılan Qədim Yunanıstandan alıb. Qızılın kəşfindən sonra burada xüsusi rolu, sonralar tarixçilərin "Qızıl əsri" adlandırdığı - qızıl oynayıb. Arxeoloqlar qazıntılar zamanı o dövrə aid olan gözəl qızıl zinət əşyaları, valehedici bəzək işləri aşkarlayıb. Qədim yunan zərgərləri metal emalı, o cümlədən döymə və tökmə, naxış, qazma və bir çox dekorasiya üsullarından istifadə edib. Qədim yunanların sevimli bəzək əşyalarına özündə mürəkkəb zərgərlik işlərini birləşdirən çox bahalı boyunbağılar daxil idi. Lakin Böyük İsgəndərin Şərqə yürüşləri nəticəsində antik zərgərlik dəbi müəyyən dəyişikliklərə səbəb olur.

Müvafiq olaraq yunan incəsənəti həmsərhəd dövlətlərin zərgərlik üslubunun formalaşmasına təsir edib. Qədim Misirdə qızıl emalı sənəti çox populyar olub. Misirdə zinət əşyaları öz sahibini gözəl göstərməklə barabər müəyyən statusu vurğulamağa xidmət edirdi.

Qədim misirlilər kimi, inklər də Peruda və Meksikada böyük zərgərlik irsi miras qoyub. Bəzək əşyaları yəhudi çarlarının da geyiminin ayrılmaz hissəsi sayılırdı.

золотой браслет Древняя Греция

Qədim Romada ustalar qızıl və gümüşdən hazırlanan məmulatları almaz kimi qiymətli daşlarla bəzəyirdi. Cəmiyyətin ali təbəqələri, şəhər sakinləri və tacirlər qızıldan hazırlanan zinət əşyaları taxırdı. Qullara da bəzək əşyaları gəzdirməyə icazə verilirdi, amma onlar bir qayda olaraq adi metaldan idi.

Zərgərlik bədii sənət sahəsi kimi

Картинки по запросу jewellery vintage style

Orta əsrlər zərgərlik sənətində yeni inkişaf mərhələsi olur. O zaman Avropada zinət əşyaları emalatxanaları monastırların ərazisində yerləşirdi. Bütün səylər dini əşyalarının hazırlanması sərf olunurdu.

Renessans dövründə isə zinət əşyaları hazırlamaq bədii sənət istiqamətlərindən biri olur. Dekorativ tamamlama işləri də zərgərlik sənəti statusu alır. Dövrün məşhur rəssamları həm də mahir zərgər kimi fəaliyyət göstərirdi. O illərdə zərgərlik sənətinin ilk məktəbləri açılmağa başlayır. O zaman zərgərləri öz incilərini yaratmaqda məhz gözəl xanımlar ilhamlandırırdı.

Картинки по запросу jewellery history

история - ювелирные украшения

Orta əsrlər dövründə Avropa zərgərlik əşyaları iri qabarıq al-qırmızı yaqutların, gümüşü mirvarilərin, göy sapfirlərin, yaşıl zümrüdlərin və digər qiymətli daşların bolluğu ilə fərqlənirdi. Daha sonrakı dövrlərdə qızıl məmulatlarını rəngli daşlar, dağ bülluru, zərif topazlar, bənövşəyi ametistlər bəzəməyə başlayır. Bütün daşlar əl işləri idi. Buna görə də daşların cilalanması kristalların təbii formasını dəyişmirdi.

Orta əsrlərdə də zərgərlik nümunələrinin sahibləri əsasən əsilzadələr idi, sadə adamlar isə asketizm ənənələrinə riayət etmək və dua etmək üçün kilsəyə getməklə kifayətlənirdi. Odur ki, onların özünə əlavə bər-bəzəyi rəva görməyə haqqı yox idi.

Картинки по запросу jewellery history

18-ci əsrdə feodallar arasında parlaq daşlarla, qızıl toqqalarla və dəbdəbəli düymələrlə işlənmiş kostyumlara məhəbbət xeyli artır. Sadə və parlaq zərgərlik əşyaları nəfis cavahiratlarla əvəz olunur. Bu dövrdə daşların oyununu gücləndirmək üçün onlar taraşlanmamış çərçivəyə salırdılar. Beləliklə, həm kişilər, həm də qadınlar arasında iri üzüklər dəbə minir.

Brilyantların kəşfi

18-ci əsrin əvvəlində zərgərlik tarixində daha bir əlamətdar hadisə baş verir. Söhbət əlbəttə ki, daşlar arasında əsas üstünlüyün brilyantlara verilməsindən gedir. Demək olar ki, hazırda bu elit təbəqənin hər bir üzvünün rəmzinə çevrilib. Brilyantın parıltısı xanımları o qədər valeh edir ki, o, dərhal zərgərlik məmulatlarının əsas materialına çevrilir. Həmçinin bütün diqqəti onun nurlu parıltısına cəlb etmək və gücləndirmək üçün yanına əlvan daşlar əlavə edilirdi. Bu dövrün əsl sənət əsəri imperatriça II Yekaterinanın çoxlusayda brilyantlarla bəzədilmiş tacı olur. Dəbdəbəli tac özündə iki incə yarımkürə və iri yarımhalqadan ibarətdir. Tacın mərkəzi hissəsi düzgün olmayan iri brilyantlarla bəzədilib, yarımkürələrin kənarında isə incilər yerləşdirilib. Tacın üzərində almaz xaç yüksəlir. Bütövlükdə isə tacı çəkisi 400 karat olan iri yaqut daşı mükafatlandırır.

корона екатирины 2

18-ci əsrin zinət əşaylarının böyük hissəsi qızıl və qiymətli daşlarla gül şəklində kompozisiyalar yerinə yetirilib. Qeyri-adi populyarlığı hər detalı diqqətə layiq olan, zəngin boyalarla və unikal dizaynı ilə seçilən gül dəstələri qazanıb. Qızıl yarpaqlar və tünd qırmızı rəngli güllər arasında kalsedon daşından düzəldilən kiçik zümrüd rəngli tırtıl, ya da xırda və şəffaf qanadlarını olan kəpənək görmək mümkün idi.

Xalta boyunbağılar

Image result for choker history

19-cu əsrin xarakterik bəzək əşyası bu gün çoker kimi tanıdığımız boyunbağılar idi. Zərgərlər bu zinət əşyasına “The Dog Collar Necklace”, bizim dildə bir az qaba səslənsə də “xalta-boyunbağı” deyirdilər. Poetik səslənməməsinə baxmayaraq, bu növ boyunbağılar təxminən yarım əsr dəb gündəmini işğal edə bilir. Onlar rokoko dövründə Fransada çox dəbdə idilər. Rokoko dövrlərində onları qara və ya göy rəngli enli məxmər lent kimi taxırdılar, hansı ki, üzərinə mirvari, ya da brilyant düzülürdü. Lakin 1880-ci illərdə bu tip boyunbağılar Uels şahzadəsi Aleksandranın sayəsində yenidən populyarlaşır.

SSRİ-nin yaranması ilə Azərbaycanda da qızıl dövrünün başlandığını söyləmək olar. O dövrdə SSRİ-nin maliyyə Xalq Komissarlığı nəzarəti altında Moskva şirkəti istehsalı üzrə zərgərlik məmulatlarının istehsalı və satışı həyata keçirilməyə başlanır.

Картинки по запросу jewellery vintage style

Sovet zərgərlik sənayesinin daha sürətli inkişafı 50-70-cı illərə təsadüf edir. Belə ki, bu zaman yenidənqurma işləri, kustar emalatxanaları, yeni zavodlar və fabriklər yaradılır.

Hazırkı dövrdə zərgərlik əşyaları əvvəllki metodlardan istifadə etməklə istehsal olunur. Buna baxmayaraq, istedadlı zərgərlər vaxtaşırı olaraq yarmarka və sərgilərdə yeni üsullarla emal edilmiş metalları, nadir ornamentləri və qeyri-adi texnikadan istifadə olunduğu daşları və işlərini təqdim edərək alıcıları təəccübləndirir.

Qızıl-zinət əşyaları niyə bahadır?

Картинки по запросу jewellery vintage style

Zərgər Anar İsmayılovun sözlərinə görə, istər qızıl, istərsə də, təbii daşların baha olmasının başlıca səbəbi onlara təbiətdə nadir rast gəlinməsi və çətinliklə əldə olunmasıdır. Zərgərin fikrincə, qızılın, o cümlədən brilyant, mirvari, zümrüd, yaqut və s. bu kimi daşların baha olmasının digər bir səbəbi isə onların rəngini və keyfiyyətini heç vaxt itirməməsidir: “Qızıl mədənləridən bu materialın əldə edilməsi asan başa gəlmir və heç vaxt korlanmır. Bu səbəbdən də beynəlxalq ticarətdə qızıl çox vacib yer tutur. Hər ölkədə əldə edilən qızılın təxminən 60%-i dövlət tərəfindən külçə halında saxlanılır. Dövlətlərin bir-birinə olan borclarında qızıl ödəməsi qəbul olunur”.

A.İsmayılov hazırda ölkəmizdə qadın zərgərlərin də fəaliyyət göstərdiyini deyib: “Azərbaycanda sırf qadın zərgər olmasa da, o sahədə çalışan xanımlar var. Zərgərliyin görünməyən tərəfləri də var, qızıl-zinət əşyaları hazır olana qədər müxtəlif proseslərdən keçir. Süzülür, qəlib hazırlanır və s. Əvvələr hər şey sıfırdan və əllə hazırlanırdı. İndi isə təzə texnalogiyalar işə düşüb, komputerdə dizayn olunur”.

Картинки по запросу cartier jewellery history

Anar İsmayılov Azərbaycanda zərgərlik sənətini inkişaf etdirmək üçün hər cür şəraitin və cihazların olduğunu vurğulayıb: “Yeganə çətin tərəfi zərgərliklə yox, marketinqlə bağlıdır. Daha dəqiq desəm, alıcını razı salmaq elə də asan deyil. Buna baxmayaraq, zərgərlik həqiqətən də maraqlı işdir. Yeni, qeyri-adi nümunələr fikirləşəndə çətinlik çəkirsən, qalan işlər o qədər də çətin deyil. Sadəcə, gərək ruhdan düşməyəsən və həvəsin olmalıdır”.

Anar İsmayılov hesab edir ki, zərgər olmaq üçün ilk növbədə riyazi biliklərə malik olmalısan: “Yaşın çox ciddi fərqi yoxdur, riyazi biliklərin olması vacib şərtdir. Çoxu əsasən 15 yaşından etibarən bu işi öyrənməyə başlayır. Lakin qeyd etmək lazımdır ki, zərgərlik elə sənətdir ki, onu bir neçə ilə tam öyrənmək mümkün deyil. İşlədikcə hər gün yeni nələrsə öyrənirsən”.

A.İsmayılov qızıl, gümüş, yaqut, zümrüd və s. daşların insan orqanizmi üçün faydalı olduğunu da bildirib: “Qızılda bioenerjilərin olması barədə eşitmişəm. Lakin qızılın və bahalı daşların kiməsə zərər verdiyini müşahidə etməmişəm və görməmişəm. Əksinə təbii daşlardan müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Yalnız onu bilirəm ki, İslam dinində kişilərə qızıl taxmaq haramdır”.

Mütəxəssis bijuteriyaların bu gün hədsiz dərəcədə aktual olması alıcıların sayına təsir göstərmədiyini irəli sürüb:

“Alıcıların sayı azalmayıb, anlayışı olan insan bilir ki, qızıl həm də valyutadır. Dolayısı ilə çoxu qızılı təkcə bəzək vasitəsi kimi deyil, həm də yatırım məqsədi ilə alır. Qızılın həmişə alıcısı var, onu istənilən vaxt satıb pula çevrimək olar”.

Aytən

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm