Cenifer Lopez qısa paltar və cazibədar ayaqları ilə diqqət çəkdi – FOTOLAR
Bizi izləyin

Qadın

Cenifer Lopez qısa paltar və cazibədar ayaqları ilə diqqət çəkdi – FOTOLAR

Bu gün həftə ərzində dünya ulduzlarının ən çox diqqət çəkən stillərini təhlil edəcəyəm. Bu həftə Blake Lively və Ancelina Coli geyimləri ilə ön plana çıxan məşhurlar arasında yer alır.

Blake Lively - Gözəl aktrisa bu həftə iki gözəl manto ilə dəb radarına tuş gəlib. İlk olaraq “Gucci”-yə məxsus olan mavi rəngli mantosu diqqət çəkir. Stilini “Christian Louboutin zımbalı Pigalle” ayaqqabıları və “Givenchy Rigid Pandora” çantası ilə tamamlayıb.

İkinci seçimi isə “Valentino” nun 2014 sonbahar kolleksiyasına aid kəpənək təsvirləri olan mantodur. Bu mantonu yenə də “Christian Louboutin Fastissima” çəkmələri və “Marchesa Iris Box Clutch” çantası ilə kombinə edib.

Jizel Bundxen - Qala gecəsinə geyindiyi yaşıl ziyafət libasını qısa pencəklə birləşdirib. Bu paltar Jeff Garner-in modelidir.

Ancelina Coli - Cazibədar aktrisa “Maleficent” filminin qalasına bir-birindən maraqlı libaslarda gəlir. Libası “Versace” moda evinə məxsusdur. Parlaq qaşlarla bəzədilən paltar aktrisaya çox yaraşır.

İkinci seçimi də “Versace” modalar evinə məxsusdur. Paltarın üzərinə üzərində quş təsvirləri ayağındakı qeyri-adi ayaqqabılarla ahəng təşkil edir. Bu maraqlı ayaqqabılar Louboutin tərəfindən hazırlanıb. Belə ki, dizayner ayaqqabıları filmdən təsirlənərək hazırlayıb.

Cessika Alba - Cessika Alba çox şirin və midi don seçib. Paltar “Mary Katrantzou” imzasını daşıyır. Qızılı işləməli paltarını ağ stiletto ayaqqabılarla tamamlayıb.

Taylor Svift - Krujeva ilə işlənən geyimi “Oscar de la Renta” –dandır. Ayaqqabılarını isə idman üslubunda seçib.

Cenifer Lopez - Cenifer Lopez son zamanlar parlaq rənglərlə göz qamaşdırır. Tanınmış ulduzun narıncı qısa paltarı “Bec & Bridge Isis” imzasını daşıyır. Ət rəngi stilettoları “Louboutin Pigalle” brendinə məxsusdur.

Rihanna - Rihanna dəyişik seçimləri ilə hər zaman diqqət çəkir. Keçən həftə geyindiyi qısa çəhrayı donu mətbuatda çox müzakirə olunmuş və bəyənilmişdi. Çəhrayı rəngli qısa donu “Christian Dior”dandır. Diqqət çəkən şahanə ayaqqabıları da eyni markadandır.

Rita Ora - Rita Ora da bu həftə pulcuqlu libası ilə çox diqqət çəkmişdi. Yerə qədər sürünən pulcuqlu libası “Emilio Pucci” -dəndir. Ayaqqabıları isə “Jimmy Choo” imzasını daşıyır.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm