Göz quruluşuna görə qaş formaları – FOTOLAR
Bizi izləyin

Qadın

Göz quruluşuna görə qaş formaları – FOTOLAR

Qaş forması qadının simasının daha gözəl görünməsinə səbəb olan gözəllik üsullarından biridir. Lakin qadınların çoxu qaş formasını üz quruluşuna uyğunlaşdıra bilmir. Düzgün alınmamış qaşlar isə qadının üzünü kobud və çirkin göstərə bilər. Bəs üzə yaraşan qaş formasını necə təyin edə bilərik? Publik.Az-ın qadın bölməsi göz quruluşuna uyğun olan qaş formalarını araşdırıb və bu nəticəyə gəlib:

Gözləriniz böyükdürsə, sizə qalın qaş modelləri daha çox yaraşır. Qaş rənginə uyğun qaş qələmi ilə qaşların ətrafını düzləşdirə bilərsiniz. Daha sonra seyrək görünən qaşların içini qələmlə doldurun. Sonda isə qaşları darayın.

Gözləriniz kiçikdirsə, sizə azca əyri və aypara formasında qaşlar daha çox yaraşar. Qaşların ucunu gözün kənarlarına tərəf uzadın. O hissələrdə artıq tüklər varsa, onları təmizləyin və azca əyrilik verin.

Gözləriniz ovaldırsa, sizə kəskin aypara (sındırılmış) qaş forması yaraşır. Üzünüzə ən uyğun olan qaş formasını tapmaq üçün bir qələm alın. Onu burnunuzun kənarından göz mərkəzinə tərəf tutun. Beləcə üzünüzə ən uyğun olan qaş formasının nə dərəcədə sizə yaraşdığını tapa biləcəksiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm