• USD 1,7022 0,00% EUR 1,8484 +1,31%
    • GBP 2,1791 +0,05% RUB 0,0304 +0,33%

Ölkəyə milyardlar qazandıran zümrüdlər haqqında həqiqətlər - FOTOLAR

  • Qadın
  • 17 Aprel 2017 17:45
  • 1 426 Baxış
Ölkəyə milyardlar qazandıran zümrüdlər haqqında həqiqətlər - FOTOLAR

XIX əsrin əvvəllərində dünya nadir Ural zümrüdləri ilə tanış oldu. Rusiya imperatorluğunun zərgərləri öz işinin böyük mütəxəssisləri sayılırdı və beynəlxalq sərgilərdə birinci yeri tutan zərgərlik inciləri yaradırdılar. Amma təəssüf ki, rus zərgərlərinin sənətkarlıq sirləri tədricən məhvə doğru getdi.

Publika.az xəbər verir ki, bu gün Rusiyada xammal ixracının prioritet vəzifələrindən biri də ölkədə zümrüd istehsalının inkişaf etdirilməsidir. Bunun üçün böyük zərgərlik ənənələri bərpa edilir. "Kristal arzular" holdinqi bir ildən çoxdur ki, Ural zümrüdləri ilə bağlı “Əfsanələrin dirçəlişi" layihələrini həyata keçirir. Holdinq hazırda əfsanəvi və əlvan Ural daşlarının cilalanması üçün məktəblərin açılması ilə məşğuldur. Beləliklə, bu gün məşhur Ural zümrüdü rusiyalı alıcılar üçün daha əlçatandır və daha ucuz başa gəlir.

“Kristal arzular” zavodunun icraçı direktoru və dizayneri Yuliya Puziryeva əmindir ki, daşlarla işləmək bacarığına yiyələnməmək və bu sərvəti itirmək öz torpağına qarşı hörmətsizlik etmək deməkdir: “Bu peşələr illər ötdükcə yox olur, onu yenidən bərpa etmək həqiqətən çətindir. İlərddir ki, öz ölkəmizdə bu qədər zəngin təbii ehtiyatlar olduğu halda onun biznesə çevirmilməməsi çox qəribədir. Tailandda isə insanların çoxu daş-qaş emalı və istehsalı ilə məşğuldur. Zümrüd istehsalı bizdə, xüsusilə də regionlarda işsizliklə mübarizə də kömək edə bilər. İndi Rusiya mağazalarında Çin və ya Hindistandan gətirilən bahalı zinət əşyaları satılır. Hansı ki, xammal bizə aiddir, emal və cilalanma isə bizim deyil".

Hazırda dünya bazarının təxminən 80% -i Afrika və Kolumbiya daşlarının üzərində çalışır və yüksək keyfiyyətli zümrüd hasilatında Kolumbiya lider sayılır, halbuki 2015-ci ildə Boqotada (Kolumbiyanın paytaxtı) keçirilmiş Beynəlxalq simpoziumda Ural zümrüdləri dünyanın ən yaxşıları seçilib.

Yuliya Puziryevanın sözlərinə görə, çoxları elə düşünür ki, zümrüdlər qadın üçün çox bahalı həzzdir, amma belə deyil: "Kristal arzular" zərgərlik zavodu və cilalanma ştatları həm xammal hasilatı, həm də hazır əşyaların satışı üzrə təmərküzləşib. Bunun nəticəsində məlum olub ki, təbii Ural zümrüdlərini vasitəçilər olmadan əldə etmək potensial alıcılar üçün qiyməti xeyli azaldır. Biz hələ sanksiyalardan əvvəl düşünməyə adət etmişik ki, xarici ölkələrdən gələn bütün məhsullar daha yaxşı və yüz faiz təbiidir. Amma bu, doğru deyil və biz bu mifləri uğurla ifşa edirik. Məsələn, Yakutiya brilyantları yarananda da deyirdilər ki, xaricdən gələnlərlə müqayisə oluna bilməz. Lakin bu, belə deyil, indi Rusiya brilyantları öncül yerlərdə dayanır. Ural zümrüdləri də qısa müddət ərzində liderləri qabaqlayıb. Zinət əşyalarının qiymətləri üç min rubldan başlayır. Bu isə o deməkdir ki, Ural zümrüdləri hər bir alıcının büdcəsi üçün tamamilə münasibdir. İqtisadiyyatımızın bu sektorunun böyük potensialı var”.

Ən mürəkkəb addım Rusiyada daşların emalı və cilalanması məktəbinin bərpası olub. Çünki zümrüdlərin emalı sənəti uzun illərdir ki, Rusiyada həqiqətən fəaliyyət göstərmir. "Kristal arzular"ın mütəxəssisləri işə başlamaq üçün təlim kursları təşkil edib. Rusiya zümrüdlərinin taraşlanması, cilanması təcrübəli və peşəkar, həmçinin gənc zərgərlər üçün də maraqlı və yeni tapşırıq olub.

Holdinqin icraçı derektoru onu da etriaf edib ki, zümrüdün cilalanması mürəkkəb və böyük zəhmət tələb edən işdir, lakin eyni zamanda bu daş kövrək və həssasdır: “Bu isə hər zərgərin bacardığı iş deyil, xırda bir səhv bütün işi puç edə bilər. Biz bütün avadanlığı yenidən təzələməli olduq, dəzgahı zavod özü müxtəlif mexanizmlər əsasında hazırlayıb”.

Rusiyanın məşhur zərgəri Sergey Kovalyov əmindir ki, ən çətini daşların xüsusiyyətlrini öyrənmək və onları başa düşməkdir: “Xammalı satıla bilən sənət nümunəsinə çevirmək üçün onu hiss etmək lazımdır. Bu işdə uzaqgörənlik və maksimal diqqət, həmçinin yaradıcılıq fantaziyası lazımdır. Əks halda əyri-üyrü daşdan şah əsəri alınmaz”.

Related image

Malişevski yatağı isə Rusiyada və Avropada ən böyük xammal hasil olunduğu 3 yataqdan biridir. Rusiya imperiyasının dövründə o Ural zümrüd mədəninin bir hissəsi olan Mariya yatağına daxil olub.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, birinci Ural zümrüdü ilk dəfə 1833-ci ildə yerli sakinlər tərəfindən taplıb. Tezliklə zümrüd Rusiyanın milli sərvəti olub. Çar ailəsinin zərgərlik əşyalarının ən yaxşı bəzək kolleksiyaları ural daşları ilə məşhur idi. Lakin sovet hakimiyyəti dövründə yataq qiymətli berillium metalı hasilatı üzrə istiqamətləndirilmişdi. Ona görə zümrüd hasilatı demək olar ki, aparılmırdı. Yenidənqurma illərində yatağın sahibləri daim dəyişirdi.

Women wearing emeralds. Portrait of Empress Alexandra Fyodorovna in folk costume by Russian artist A.Malyukov. 1836

Və nə qədər qəribə olsa da, yalnız indi Rusiya əsl dəyərləri barədə – Malişevski yataqları və məşhur Ural zümrüdlərini xatırlaya bilib. 2011-ci ildə Rusiya prezidenti Vladimir Putin mədənlərin dövlətə verilməsi haqqında fərman imzalayıb.

Image result for emerald ural

2015-ci ilin sonunda "Kristal arzular" “Rostex”-in baş partnyoru olub və Malişevski zümrüdlərinin hasilatına başlayıb. Hazırda "Kristal arzular" holdinqi dövlət yatağının daşlarını alır, yaxın gələcəkdə isə şəxsi-dövlət partnyorluğu yaradılacaq.

Bu gün aktiv yataqlar bərpa olunur, onun kəşf edilmiş ehtiyatları 38,5 milyon karatdır. Geoloqların hesablamalarına görə, bu yataqdan 60 tona qədər zümrüd və 12 mln. ton berillium filizi əldə etmək olar. Bu isə deməkdir ki, zümrüd yataqları Rusiyaya milyardlarla rubl qazandracaq.

Yatağın illik fəaliyyəti ərzində təxminən 320 kq rəngli zümrüd xammalı hasil edilib, sənətkarlar 10 492 daş cilalayıb və 5274 bəzək əşyaları yaradılıb.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR