Döş xərçəngindən qorunmağın yolu
Bizi izləyin

Qadın

Döş xərçəngindən qorunmağın yolu

Süzmə zeytun yağının tərkibində xərçəng əleyhinə kimyəvi maddələr var. Publika.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ispaniyalı tədqiqatçılar araşdırıb ki, zeytun yağının tərkibindəki maddələr döş xərçənginə tutulma riskini azaldır.

Temperaturdan və digər kimyəvi maddələrdən istifadə etmədən yalnız zeytunun əzilməsiylə əldə edilən süzmə zeytun yağı təbii, bitki tərkibli kimyəvi maddələrdən ibarətdir. Tədqiqatçılar bu üsulla əldə edilən zeytun yağını laboratoriyada döş xərçəngi hüceyrələrinə qarşı tətbiq edərək müsbət nəticələr əldə ediblər. Bitki mənşəli kimyəvi maddə olan polifenoldan (bitki mənşəli antioksidan) ibarət olan bu yağın döş xərçəngini əmələ gətirən HER2 geninin inkişafına mane olduğu məlum olub.

“BMC Xərçəng” dərgisinin son sayında nəşr olunan araşdırmada Catalan Onkoloji İnstitutunun professoru Javier Menendez zeytun yağı ilə zəngin olan Aralıq dənizi ölkələrinə məxsus qidaların ürək xəstəliyi və yaşlanmağa qarşı qoruyucu təsirinin olduğunu söyləyiblər. Tədqiqatçılar bitki mənşəli antioksidanlardan döş xərçəngi əleyhinə dərmanların hazırlanmasında istifadə edildiyini də bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm