Damalı geyim dəbi – FOTOLAR
Bizi izləyin

Qadın

Damalı geyim dəbi – FOTOLAR

Bir neçə mövsümdür ki, moda dünyası həndəsi fiqurlarla dostlaşıb.

Keçən il də damalı geyimlər olduqca dəbdə idi. Damalar adətən köynəklərdə özünü daha çox göstərirdi. Lakin bu yay damalar yubkaların üzərində köçürülüb. Əgər damalı parçaları süfrəyə bənzədirsinizsə, yanılırsınız. Belə ki, yeni mövsümün ən trend yubkaları məhz damalı parçalardan tikiləcək.

Dünyanın “Balmain”, “Oscar de le Renta” və “House of Holland” kimi bir çox nüfuzlu brendləri bu modelə yer veriblər. Damalar bəzilərində kiçik, bəzilərində isə böyük formadadır. Damalı geyimlərlə aranız yaxşı deyilsə, stilinizə maraqlı aksessuarlar əlavə edin. Bu yay qarderobunuza damalı yubkaları mütləq daxil etməlisiniz. Hətta çimərlik geyimlərinidə də damalı modellər dəbdədir.

Mövsümün digər trendi olan çiçəkli köynəklərlə də birləşdirə bilərsiniz. Publika.Az-ın qadın bölməsi mövsümün dəbdə olan damalı geyimlərini təqdim edir:

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm