• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Mayalı qidalar kökəlməyə səbəb olur

  • Qadın
  • 14 May 2014 18:47
  • 675 Baxış
Mayalı qidalar kökəlməyə səbəb olur

Mayanın gözəlliklə bağlı bir çox faydaları var.

Lakin onun yeni bir zərəri üzə çıxıb. Belə ki, artıq çəki problemi yaşayanlar maya vasitəsi ilə arıqlaya bilər. Publik.Az “ladymail.ru” saytına istinadən xəbər verir ki, allergiya testi keçmiş insanlarda mayalı yeməklərə qarşı həssaslıq müşahidə olunur.

Mayalı qidalar əsrlərdir istifadə olunmağına baxmayaraq, allergiyası olanlarda artıq çəkiyə səbəb olur. Spirtli içkilərin fermentlərində və gündəlik olaraq istifadə etdiyimiz bir çox qidanın içərisində maya olduğu bildirilir.

Bu qidalara çörəklər, peçenye unu, pendir, qatıq, kefir, ayran, krem, ət suyu həbləri, hazır salat sousları, tərkibində maya olan içkilər, xəmir məmulatları, peçenye, turşu, sirkə, mayonez, ketçap, üzüm, konserv qidalar, qurudulmuş meyvələr, göbələk və s. məhsulların aid olduğu qeyd olunur.

Mayalı qidalara qarşı həssaslığınız varsa və davamlı olaraq köpmə, baş gicəllənməsi, yorğunluq, gözlərdə sulanma, mədə turşusu, ürək bulanması, dəri problemləri müşahidə oluna bilər.

Mayalı qidaların tərkibində bir çox vitamin və minerallardan əlavə zülallar da var ki, enerjini artırır və maddələr mübadiləsini sürətləndirir. Amma mayaya qarşı həssaslıq varsa, bəzi yeməkləri sıra ilə qida rasionundan çıxarmaq tövsiyə olunur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR