Qadın
Halal dırnaq boyası istehsal olunur - FOTOLAR
Tanınmış kosmetika firmalardan biri maraqlı layihəyə imza atıb. Dəstəmazı pozmayan yeni dırnaq boyaları istehsal olunub.
Publika.az xəbər verir ki, dünyaca məşhur kosmetik vasitəsələrin istehsalı ilə məşğul olan "Inglot" şirkəti yeni dırnaq boyalarının istehsalına başlayıb.
Bir çox insanın dırnaq boyasının günah olduğuna dair fikirlərini ortadan qaldıracaq layihə xüsusilə ibadət edən xanımların işinə yarayacaq. Artıq ibadət edən xanımlar hər dəfə dəstəmaz alarkən dırnaq boyalarını silmək məcburiyyətində qalmayacaq.
Dırnaq boyasının tərkibində olan maddələr labaratoriya şəraitində yoxlanılıb. Tərkibi tamamilə halal olan B5, C vitamini və arqan yağından ibarətdir. Son dərəcə zərərsiz olan bu məhsul əslində dünyaya ilk dəfə təqdim olunmur. Daha əvvəl də müxtəlif firmalar tərəfindən bənzər məhsullar bazara çıxarılıb.
Hazırda qırmızı, bordo, lila, qızılı və solğun rənglərdə olacaq dırnaq boyalarının bazarda altılıq dəst halında satılacağı planlaşdırılır.
Könül Cəfərli
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI