Qadın
Dünyanın ən gözəl üzü bu xalqın qızlarındadır - FOTOLAR
Dünyanın bir çox xalqları gözəl qızları ilə fəxr edir. Xüsusən
də Qafqaz qızları görənləri öz gözəllikləri ilə heyran edir. Amma
nəinki Qafqazın, dünyanın ən gözəl üz formasının məhz gürcü
qızlarına aid olduğunu deyirlər. Onların üzlərinin kübar, zərif
cizgiləri həqiqətən də yüksək dəyərə layiqdir. Bir çox səyyah və
elm adamlarının fikrincə, gürcülər ala gözləri ilə dərhal seçilir.
Müxtəlif dövrlərdə gürcü xalqının qonağı olan səyyahlar fikirlərini
belə bölüşüblər:
"Gürcüstanda olan bütün avropalı səyyahlar yekdilliklə etiraf edir
ki, bu xalqın qızları çox gözəl və cazibədar üz cizgilərinə
malikdir". (İmmanuil Kant - alman filosofu).
"Onların qanı gürcülərlə və çərkəzlərlə nikah nəticəsində birləşib
və nəcibləşib, bu iki millətin gözəlliyi digərlərini üstələyir.
İranda demək olar ki, bütün adlı-sanlı adamların nənələri gürcü və
ya çərkəz olub". (Çarlz Darvin - ingilis alimi).
"Dünyanın ən gözəl, mükəmməl və kübar üz cizgilərinə malik olan
xalqı gürcülərdir". (Ritçel - alman alimi).
"Gürcülər zahiri görkəminə görə yer kürəsinin ən gözəl xalqları
siyahısına daxildir. Onların hündür boyu, möhkəm immuniteti, böyük
gözləri, qəşəng saçları, zərif və təmiz dəri rəngi var" (Rusiya
imperiyasının coğrafiyası", 1892).
"Mən öyrənmək üçün Qafqaz tipini seçdim. Çünki onun cənubu dünyaya
ən gözəl irqi bağışlayır. Mən ilk növbədə gürcüləri nəzərdə
tuturam". (Alman antropoloqu İohann Blumenbax).
Şəfiqə ŞƏFA
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ