Oksana Rəsulovadan çox maraqlı açıqlamalar və makiyajsız FOTOLAR
Bizi izləyin

Qadın

Oksana Rəsulovadan çox maraqlı açıqlamalar və makiyajsız FOTOLAR

Hind musiqisinin ritimlərini eşidən kimi bədən instiktiv olaraq hərəkət etməyə başlayır, xəyallarda isə Qədim Hindistan canlanır. Hind xoreoqrafiyası dünyanın ən çətin rəqs növü hesab olunur. Onun elə çətin şərtləri var ki, öyrənmək üçün bəlkə də "peyğəmbər səbri" tələb olunur. Hansı ki, həmin insanlar hind musiqi və mədəniyyətinə qarşı dərin sevgi bəsləyirlər. Ayaqlar, əllər, barmaqlar, dodaqlar, hətta qaşlar hər musiqidə müxtəlif cür hərəkət etməli, emosiya və hisslərin diktə etdiyi kimi oynamaq lazımdır. Bu həftə Publika.az-ın “Kokteyl” layihəsi çərçivəsində oxucuları möcüzəli hind rəqslərinə səyahətə aparacağam. Hind rəqslərinin gizli və möcüzəli tərəflərini onun mahir və gözəl ifaçısı Oksana Rəsulova açdı. Bu müsahibəni hind rəqslərinə həsr etsəm də, gözlənilən barışıq sualı vermədən dayana bilmədim...

- Oksana üçün hind rəqslərinin fəlsəfəsi nədən ibarətdir?

- Çoxları hind rəqslərini tez bir zamanda öyrənə biləcəyini iddia etsə də, bu düzgün yanaşma deyil. Çünki bu rəqslərin fəlsəfəsi çox dərindir. Belə baxanda heç bizim dinimizə uyğun deyil. Hind rəqslərinin tarixçəsinə nəzər salsaq, onların mifilogoiyasından qaynaqlanan bütpərəstliyə aid olduğunu deyə bilərik. Burada rəqslər jestkulyasiyadan ibarətdir. Hind xanımları əvvələr bizdə hicab olduğu kimi şalla üzlərini bağlayır, yad kişilərlə ümumiyyətlə danışmırdılar. Ürək sözlərini jest və mimikalarla rəqslərində ifadə edirdilər. Məsələn “Katxat” rəqsi bütpərəstlərə aid rəsqdir. “Moxinik”, “Çibudi”, “Buxaratnatiya” və başqa rəqslərin özünün ayrı-ayrılıqda fəlsəfəsi var. Bu rəqslər müxtəlif allahlara ithaf olunub. Moğollar da Hindistana gələndən sonra onlar urdu və hind dilini başa düşmürdülər. “Katxat” rəqsində daha çox əl hərəkətləri olduğu üçün moğollar rəqsə baxa-baxa onların nə demək istədiyini anlamağa başlayırlar. Hindistanı ələ keçirəndən sonra “Katxat” rəqsini özlərinə uyğunlaşdırmağa çalışıblar. Əvvəllər bu rəqslər açıq geyimlərdə ifa olunurdusa, sonradan müsəlman adət-ənənələrinə uyğun geyimlərdə ifa olunmağa başlayır. Hətta fata da əlavə olunur və Allaha ibadət rəqsi hesab olunur. Dolayısı ilə bütpərəstlikdən ayrılıb daha çox müsəlman ölkələrində yayılır. Mən özüm də bizdə bu rəqsin təbliği ilə məşğul olur, hətta manhı seçimində bütpərəstliyə aid heç nə olmamasına fikir verirəm.

- “Xram” rəqsləri çox mistik rəqsdir. Onlar haqqında nə deyə bilərsiniz?

- Biz “Xram” rəqslərini oynamırıq. Onlar tamamilə başqa istiqamətə yönəlib. Belə ki, onlar ibadət etdikləri bütə rəqs qururlar.

- İslam dininə uyğun olmadığı üçün oynamırsınız?

- Nəinki, dinə uyğun olmadığı üçün elə mahnılar var ki, orda hindlilərin ibadət etdiyi bütlərin adı çəkilir. Ona görə də bu mahnılardan və rəsqlərdən demək olar ki, imtina etmişik.

- Nə vaxt hiss elədiniz ki, bu rəqsləri oynamaq istəyirsiniz və niyə məhz hind rəqsləri?

- Hind filmlərinə olan həvəs xalamdan keçib. O , hind filmlərinin böyük pərəstişkarı olub. Uşaq olanda hind musiqisinin rimtlərini eşidəndə həvəsə gəlib oynamağa başlayırdım. Başqa musiqilərə isə reaksiya vermirdim. Rusiyaya köçəndə ordakı evimizin düz yanında kinoteatr yerləşirdi. Atam hər gün məni hind filmlərinə baxmağa aparırdı. Ordakı işçilər artıq məni tanıyır və yerimi hazır edirdilər. 3 saatdan sonra atam gəlib evə aparırdı.

- Hind rəqslərini öyrənmək üçün nə qədər vaxt tələb olunur?

- Rusiyada uşaq xoreaqrafiya məktəbini bitirmişəm. Orada slavyan və başqa xalqlarının mill rəqsləri öyrədilirdi. Lakin hind rəqslərinin xoreoqrafiyası yox idi. Buna görə də özüm öyrənməli oldum. Hind filmlərinin kasetlərinə baxır, kinoya baxaraq öyrənməyə çalşırdım. O zaman internet yox idi, hind rəqsləri haqqında məlumat əldə etmək o qədər də asan deyildi. Ona aid kitabları çətinlikdə tapırdıq. Hind filmlərinə həvəsim o qədər böyük idi ki, tədricən tərcüməsiz baxır və yavaş-yavaş dili qavramağa başlayırdım. Hind rəqqasəsi əslində bütün rəqsləri oynamağı bacarmalıdır. Onu oynamaq üçün dili bilmək lazımdır. Jest və mimikaları düzgün ifadə etmək üçün mahnının nədən danışdığını bilməlisən. Hind rəqslərinin çətinliyi də məhz bundadır. Bu rəqslər təkcə bədən deyil, əl və üz hərəkətləri üzərində qurulub. Buna obxinaya deyilir. Yəni, mimika və jestsiz hind rəqsi yarana bilməz. Öz tələbələrimə rəqsi, birinci mahnının sözlərini tərcümə etdikdən sonra öyrədirəm.

- Bu rəqsi öyrənmək üçün yaşın fərqi var?

- Təbii ki, var. Uşaqlıqdan öyrənmək daha yaxşı olardı. Lakin hind rəqslərini 22-23 yaşında öyrənməyə gələn qızlar da var ki, onlarda çox gözəl alınır.

- Hindistanda olmayan bir insan hinq rəsqlərini mükəmməl şəkildə mənimsəyə bilər?

- Bu, əslində bir istedaddır, hər şey insanın istəyindən asılıdır. Bu rəqsi öyrənmək üçün mütləq deyil ki, Hindistana gedib hind dilini öyrənəsən. İnternet və kitablar vasitəsilə çox şey əldə etmək olar. Özümü bütünlüklə bu rəqsin fəlsəfəsinə həsr etmişdim. Onun necə yaranmasını, ümumiyyətlə, Hindistanın bütün tarixini öyrənirdim. Artıq 22 ildir ki, hind rəqsləri ilə məşğul oluram. Peşəkar səhnəyə isə 1999-cu ildən çıxmışam. 2000 və 2005-ci illərdə keçirilən müsabiqələrdə 2-ci və 3-cü yerlərə layiq görülmüşəm. Kosmetika və makiyajım səhv olsa da rəqsimə laqeyd qala bilmədikləri üçün 3-yerlə mükafatlandırmışdılar. Mənim heç bir müəllimim olmadığı və hər şeyi özüm öyrəndiyim üçün Moskva və Peterbuqr qəzetlərinin çoxu bu barədə yazmışdı. 2008-ci ildə isə nəhayət qalib seçildim.

- Hind fimlərini rəqssiz təsəvvür etmək mümkün deyil. Filmdə gördüyümüz rəqslə milli rəqslər bir-birindən nə ilə fərqlənir?

- Milli rəqslər klassik rəqslərdir. Filmlərdə olan rəqslər isə estrada Bollivud rəqsləridir. Filmlərdə klassik elementlərdən istifadə olunsa da, əsasən stilizasiya (Qarışıq-klassik və estrada) göstərirlər. Məsələn, estrada rəqsini mahnının sözlərinə uyğun olmaq şərti ilə sən özün də qura bilərsən.

- Hind rəqsləri digər ölkələrin rəqs mədəniyyətindən nə ilə fərqlənir?

- Fərqlər çoxdur. “Katxat” rəqslərinin geyimləri bizim milli rəqslərimizdə istifadə olunan geyimlərə oxşayır. Elementlər və hərəkətlər isə tamamilə fərqlidir. Hind rəqsləri heç bir ölkənin rəsqlərinə bənzəmir.

- Hər rəqsin öz paltarı və makiyajı olmalıdır?

- Bəli, onun çətinliyi də bundadır. Bizdə hind rəqslərini oynayan rəqqasələr peşəkar səhnəyə ,münsif qarşısına çıxsalar hamısını disfilifikasiya edərlər. Çünki onların nə makiyajı, nə saç düzümü, nə də geyindiyi paltarlar rəqsə uyğun gəlmir.

- Bayaq siz tələbələrə öyrədəndə fikir verdim. Qaşları, hər barmağı bir cür oynatmalısan və bunu öyrənmək üçün çox təmkinli, səbrli olmalısan.

- Çox-çox səbrli olmaq lazımdır. Tələbələrimin mənə oxşamasını, məndən də yaxşı oymanasını, nailiyyət qazanmasını istəyirəm və bunun üçün çalışıram.

- Aralarında sizin kimi oynayanlar var?

- 5-6 illik tələbələrim var ki, onlar artıq mənə çatıblar.

- Köklük rəqslərə necə təsir göstərir?

- Qızlar arıqlayırlar. Rəqslər həqiqətən də formada qalmağa çox kömək edir.

- Hind rəsqlərini oynayan xanımlar çox şən və cavan görünürlər. Bu nə ilə bağlıdır?

- Bilmirəm, mən elə görünürəm? (gülür)

- Əlbəttə.

- Hind rəqslərində yoqa elementləri var, ola bilsin onun təsiridir.

- Siz yoqa ilə məşğul olmusunuz?

- Yoqaya böyük həvəsim yoxdur, amma 3 il məşğul olmuşam . Ona öyrəşəndən sonra həyat tərzinə çevrilir.

- Hind rəqsləri sizə nə verir?

- Əhval-ruhiyyəmi qaldırır, mənəvi qida alıram. Heç kim milli rəqsləri oynamadığım üçün irad tuta bilməz. Çünki hind rəqsləri daxilimi göstərə biləcəyim yeganə rəqs növüdür. Əsas odur ki, öz işini layiqli şəkildə təmsil edə biləsən və öz ölkən üçün nailiyyət qazanasan.

- O zaman hind rəqslərinin qadınları depressiyyadan çıxardığını iddia edə bilərik?

- Bu günə qədər məni ən ağır depressiyalardan belə hind rəqsləri xilas edib.

- Milli rəqslərdə nə dərəcədə bacarıqlısınız?

- Milli rəqslərimiz bizim baş tacımızdır. Kifayət qədər bacarıqlıyam.

- Hind rəqsləri hind xanımların gözəlliyini nümayiş etdirmək üçün ən yaxşı vasitə adlandıra bilərik?

- İncə bel, gözəl əllər, şıltaq obraz və.s birbaşa qadın gözəlliyini nümayiş etdirir.

- Hind rəqslərinə aid olan suallarım bitdi. Başqa bir sual vermək istəyirəm. Bunu adətən rəsmiyyət və adət edildiyi üçün verirlər. Amma mənə və oxuculara da maraqlı olardı. Biz sizinlə payızda görüşmüşdük. Onda fikirli və bir az kədərli görünürdünüz. Bəs indi Oksana xanım özünü necə hiss edir?

- Əla, çox yaxşıyam.

- Nə gözəl… Gözlənilən barışıq xəbəri reallaşacaq?

- Yox, hələ ki, heç nə olmayacaq.

- Düşünmürsünüz ki, o bu sözləri eşitsə, ona pis təsir göstərə bilər?

- Niyə görə ona pis təsir etməlidir?

- Çünki sizinlə barışmaq üçün addım atmaq istəyə bilər, bu sözləriniz isə onun qəlbinə toxunacaq.

- Düşünmürəm ki, biz bu yaxınlarda barışa bilərik. Bunu özü də bilir. Bizim aramızdakı atəş hələ də var və bu atəş həmişə olacaq.

- Xanımlarımıza başqa nə demək istəyirisniz?

- Ümumiyyətlə fərqi yoxdur, amma mütləq rəqslə məşğul olsunlar. Çox sağ olun ki, gəldiniz.

- Siz sağ olun!

AYTƏN

FOTO: XƏYAL HÜSEYNOV

Oxumağa davam et
Reklam
Reklam

Gündəm