• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Epilyasiya etdirməzdən əvvəl bunlara fikir verin

  • Qadın
  • 25 Mart 2014 00:20
  • 7 044 Baxış
Epilyasiya etdirməzdən əvvəl bunlara fikir verin

Pulunuzu və vaxtınızı boşa xərcləməmək üçün epilyasiya etdirməzdən əvvəl bunlara fikir verməlisiniz.

Lazerin görmədiyi 4 rəng: ağ, boz, sarı və qızılı

Xoşagəlməz tüklərdən xilas olmaq və uşaq dərisi kimi hamar dəriyə sahib olmaq hər bir qadının arzusudur. Bunun üçün ən yaxşı üsul lazer epilyasiyasıdır. Lakin bəzi məqamlara fikir vermək lazımdır.

  • Lazer epilyasiyası mütəxəssislər tərəfindən aparıldığı zaman heç bir zərəri olmur, son dərəcə təhlükəsiz və yaxşı üsuldur.
  • Epilyasiya etdirməzdən ən azı 1 ay əvvəl tükləri kökündən təmizləmək və mum üsulu tətbiq etmək olmaz. Lazerdən əvvəl tük rəngini açan məhsullar istifadə etməyin.
  • Xroniki dəri xəstəlikləri olan insanlar epilyasiyadan əvvəl müalicə edilməlidir. Mütəmadi olaraq dərman qəbul edənlərdən mütləq allergiyası və mənfi tərəflərinin olub-olmadığını soruşmaq lazımdır.
  • Dəri təmiz olmalıdır. Bədəndə təmiz və ya üzdəki makiyaj təmizlənməlidir. Epilyasiyadan əvvəl test edilməlidir. 24 ilə 48 saat arasında bədənin necə reaksiya verdiyini müşahidə etmək lazımdır. Bundan sonra həmin insanın epilyasiya etdirə biləcəyinə qərar verilməlidir.
  • Lazer epilyasiyasından sonra dəridə yüngül qızartı və şişlik yaranır. Bu reaksiya 1-2 gün ərzində keçməsə, mütəxəssislə məsləhətləşmək lazımdır.
  • Xüsusən də radiofrekanslı diod lazer və ya radiofrekanslı IPL cihazları ilə edilən epilyasiyasından sonra qızartı olmamaq şərtilə və həssaslıq yoxdursa, 1 həftə sonra günəş vannası qəbul edilə bilər.
  • Lazer epilyasiyası seanslarında günəş vannası qəbul edərkən qoruyucu faktorlu kremlər çəkmək tövsiyə edilir.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR