Bütün dövrün qadınları onun geyimlərinə həsəd aparır - FOTOLAR
Bizi izləyin

Qadın

Bütün dövrün qadınları onun geyimlərinə həsəd aparır - FOTOLAR

Qreys Kelli Amerikada varlı bir ailədə dünyaya gəlib. 14 yaşında eynək taxan sakit qızcığaz başqalarının diqqətini çəkmirdi. 16 yaşına çatanda isə çiçək açmağa başlayır və getdiyi hər yerdə diqqət mərkəzində olurdu.

Hələ gənclik illərindən Qreys təkrarolunmaz və incə üslubu olduğunu hamıya nümayiş etdirirdi. Onun hər bir obrazı bu günə qədər moda jurnalları redaktorlarının, rejissorların, dizaynerlərin və modanı izləyən xanımların ilham mənbəyi olur. O dəb ilahəsi və mükəmməl aktrisa idi.

Qerys Kellinin fotolarına baxanda hamar və qüsursuz dərisi olduğunu, makiyajdan minimum dərəcədə istifadə etdiyinin şahidi olursan. Üzünü dərisinə uyğun olan vasitələrlə tonallaşdırır, almacıq sümükləri daha parlaq ənliklə vurğulanırdı. Qaşlarına açıq-qəhvəyi qələm çəkir, kirpiklərinə isə tünd tuş çəkirdi. Dodaqlarda al qırmızı pomadaya üstünlük verirdi.

Qadının əsl yaşını əllərindən bilmək olur. O isə yaşını gizlətmək üçün köməkçisinin sözlərinə görə, özü ilə hər zaman əl kremi gəzdirərdi. Boyun və sinə dərisinin də qeydinə qalmağı unutmurdu. Onun əsas gözəllik sirri saray xanımlarına xas olan görkəmi və zərif üslubu idi.

Bu gün Qreys Kelli stilinin ən yadda qalan və qüsursuz detallardan danışacağam. Hansı ki, aktrisa onların sayəsində XX əsrin əsas moda tarixinə dəb ikonası kimi daxil olub. Qreys Kelli ən qaynar rollarını tanınmış dizayner Chrsitian Diroun siluet inqilabının çiçəklənmə dövründə yaratdığı paltarlarda oynayır. Geyim rəssamı Edit Xit praktik olaraq onun iştirak etdiyi bütün filmlər üçün geyimlər hazırlayırdı. Mərakeş knyazının gələcək həyat yoldaşı bir müddətdən sonra bütün libaslarını Diordan seçir.

Ziyafət libaslarının drapirovkaları (boş) Qreysin əsas obrazları idi. 1955-ci ildə Oskar mükafatının təqdimetmə mərasimində geyindiyi soyuq mavi çalarda olan donunun drapirovkaları ombalarda tikilmişdi.

“Hermes”-dən Kelli çantası

“Hermes” markası hələ şahzadə həyatda olarkən ondan ilham alaraq “Kelly” çanta modelini hazırlayır. 1956-cı ildə “Hermes”-in timsah dərisindən tikilən çantası tez-tez Kellinin yol yoldaşı olurdu. Daha sonra bu çantalar Kelli adı ilə məşhurlaşmağa başlayır. Onunla bağlı rəvayətlərin birində deyilir ki, knyaginya bu aksessuardan paparazzilərdən hamiləliyini gizlətmək üçün istifadə edirmiş. Qreys varisi dünyaya gətirdikdən sonra “Hermes”in dizaynerləri bu çantaların daha zərif modellərini yaradırlar. Hansı ki, bu günə qədər dünyada bütün modapərəstlərin beynini qarışdırır. “Kelly” çanta modeli hazırda ən çox arzulanan modellərə daxildir. Bu da onu göstərir ki, onun stilindən təkcə qadınlar deyil, bir çox bahalı markaları da bəhrələnir.

Gəlinlik

“VeraVang” şahzadənin gəlinlik modelinə bənzəyən gəlinlik kolleksiyası hazırlayır. 2012-ci ildə “Mont Blanc” “Grece de Monaco” adlı zinət əşyaları, saat, kəmərlərdən ibarət xüsusi kolleksiyası çıxarır. Bütün bunlar Qreys Kellinin, hətta dünyanın ən bahalı markalarını təsiri altına aldığına dair əhəmiyyətli dəlillərdir.

Yaylıqlar

Knyaginyanın sevimli aksessuarı yaylıqlar idi. Kelli onları praktik olaraq hər gün və müxtəlif formalarda daşıyırdı. Gah boğazına dolayır, gah başının ətrafına saç lenti kimi düyünləyir, gah da çantasına bağlayırdı. Yaylıq istənilən obrazı ideal vurğulaya bilir.

“Qadınlar mənə öz rəqibləri kimi baxırdılar. Bu isə məni çox incidirdi...”

Ağ əlcəklər

Ağ əlcəklər Qryes Kellinin vizit kartı idi. Knyaginya gündüz qəbulları üçün qısa modellər, gurultulu və kübar tədbirlər üçün uzun əlcəklər seçirdi. Tanınmış dizayner Tommy Hilfiger deyirdi ki, “Qreys Kelli - yeganə Hollivud aktrisasıdır ki, ağ əlcəklər onda təbii və gözəl qalırdı”.

Böyük və dəyirmi sırğalar

Qreys Kellinin bütün aksessuarları böyük və dəyirmi formada idi. Birincisi bu mirvari ilə uyğunlaşır, ikincisi isə böyük sırğalar səliqə ilə yığılmış saçlara xüsusi gözəllik verirdi.

Mirvarilər

Boyunbağı və mirvarilər Qreys Kellini həm həyatda, həm də kinoda bəzəyirdi. Bunun üçün onun filmlərdəki rollarını xatırlamaq kifayətdir.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm