Toyunuzdan əvvəl detoks edin
Bizi izləyin

Qadın

Toyunuzdan əvvəl detoks edin

Evlilik öncəsi bütün xanımlar incə və zərif görünmək istəyirlər. Ancaq stres və yorğunluq birləşincə son anda etməyə çalışdığımız pəhriz proqramları ümumilikdə çox ağır olur. Toy sabahı şişmiş gözlər, üzük girməyən barmaqlar, gəlinliyin şişkinlikdən bağla

Evlilik öncəsi bütün xanımlar incə və zərif görünmək istəyirlər. Ancaq stres və yorğunluq birləşincə son anda etməyə çalışdığımız pəhriz proqramları ümumilikdə çox ağır olur. Toy sabahı şişmiş gözlər, üzük girməyən barmaqlar, gəlinliyin şişkinlikdən bağlanmayan ipləri, pozulmuş bağırsaqlar və şiddətli qaz, köp sancıları kimi problemləri yaşamamaq üçün sağlam və doğru qidalarla bəslənmək lazımdır.

Toydan əvvəlki proqram

Az yağlı, probiotik tərkibli süd və süd məhsulları, yumurta, toyuq əti, zeytun yağı və qoz, çiy badam kimi sağlam yağları, tam buğda çörəyi və paxlalı bitkilər kimi kompleks korbohidratları, antioksidant tərkibli tərəvəz və meyvələri qəbul etməlidirlər. Təbii ki, duzu azaltmaq və bolluca su içmək lazımdır. Allergik reaksiyaları və bağırsaq problemlərini qabaqlamaq üçün sizə çətinlik verən və həzm sisteminizi pozan qidalar varsa, ən az 3 ay əvvəldən pəhriz proqramından çıxarılmalıdır.

Budur 10 günlük detoks proqramı

- Çay, qəhvə, qazlı içkilər, şokolad qəbul etməyin.

- Hər növ spirtli içkidən 10 gün boyunca uzaq durun.

- Şəkər və şəkər tərkibli hər cür qida, süni dadlandırıcıları 10 gün qəbul etməyin.

- Hər gün 3 litr su və 1-2 fincan təzə sıxılmış tərəvəz, meyvə suları için.

- Hər gün 5 pay təzə mövsüm tərəvəz-meyvəsi qəbul edin.

- Qırmızı ət, toyuq, pendir qəbul etməyin. Kefir və qatıq qəbul edin.

- 10 gündə ən az 4-5 dəfə balıq yeyin.

- Salatlara 1 ç.q zeytun yağı əlavə edin.

- Bu vaxt ərzində ağ un, makaron, düyü qəbul etməyin.

- Yaşıl çay, razyana çayı için.

- Hər gün 1-2 dilim ananas yeməyi unutmayın.

- Xüsusən kərəviz, zəncəfil qarışımı tərəvəz suyu şişinizi almağa köməkçi olacaqdır. /Qadin.net

Oxumağa davam et
Reklam
Reklam

Gündəm