Kann kinofestivalının ən şah zərgərlik nümunələri - FOTOLAR
Bizi izləyin

Qadın

Kann kinofestivalının ən şah zərgərlik nümunələri - FOTOLAR

Dünya ulduzları Kann kinofestivalı ərzində ən dəbdəbəli paltarlarını və bahalı zinət əşyalarını nümayiş etdirirlər. Qırmızı xalı üzərində sanki gözəllik və dəbdəbə yarışı keçirilir. Belə vacib tədbirlərdə planetin ən gözqamaşdırıcı qadınlarının dostları moda evlərinin məşhur dizaynerlərindən başqa kim ola bilər ki? Dizaynerlər yerdəki “ulduzları” elə bəzəyir ki, səmadakı ulduzların parıltısı onların yanında sönük qalır. Bu gün Kann kinofestivalına gələn qonaqların ən yadda qalan zinət əşyaları haqqında danışacağam.

Monika Belluççi - Qüsursuz Monika libasını əvəzolunmaz İtaliya brendi “Dolce and Gabanna”dan seçib. Ürək formasında olan boyunbağı və sırğaları da aktrisanın sevimli brendindən idi.

Zoya Saldana planetin ən qəşəng xanımlarından biridir. Moda tənqidçiləri minimalizm qaydalarına əməl etdiyi üçün onu hər zaman tərifləyirlər. Kannda isə o, bu qaydadan bir qədər kənara çıxdı. Qara kürəyi açıq paltarda “De Grisogono”nun 14,49 karatlıq sırğaları ilə “vao” effekti yaratdı...

Зои Салдана

“Drakoni necə əhlilləşdirmək-2” filminin premyerasında Naomi Uotts simvolik olaraq "High Jewelry" kolleksiyası seriyasından əfsanəvi “BVLGARI”nin imzasını daşıyan boyunbağısında gəlmişdi. Bu bəzək əşyası aktrisanın boynunda inanılmaz dərəcədə gözəl görünür. “Yırtıcı” boyunbağı festivalın ən şah zərgərlik nümunəsi idi.

Наоми Уоттс

Dəfələrlə dünyanın ən seksual qadını seçilən model Adriana Lima gecəyə “Alexandre Vauthier” imzasını daşıyan geyimdə gəlmişdi. 36 karatlıq armudvari brilliant sırğaları “Chopard”dan idi. Təəssüfləndirici haldır ki, belə gözəl qadının boşanması haqqında xəbərlər gündəmi zəbt edib.

Адриана Лима

Aktrisa Xilari Suonk qırmızı xalının ən göz qamaşdırıcı ulduzlarından biri idi. Onun yığcam assimetrik saç düzümünü, yaraşıqlı ağ donunu, ağ qızıldan, 14 karatlıq sapfir qaşlardan və 8 karatlıq brilyantdan hazırlanan “Chopard” bilərziyini ancaq tənbəllər müzakirə etməz. Sırğaları da ağ qızıldan və 8 karatlıq brilyantlardan hazırlanmışdı.

Хилари Суонк

Svetlana Xodçenkovo Kann kinofestivalında Rusiyanı təmsil edirdi. O, "Dior"un minimalist dəbdəbəsini çox gözəl nümayiş etdirirdi. Artıq heç nə olmayan yaşıl uzun donu iri brilyant qaşlı zərif sırğa və boyunbağı ilə tamamlamışdı.

Светлана Ходченкова

Hind ulduzu Frida Pinti qırmızı xalıda karamel rəngli, qəşəng lələkli, qabarıq ətəyi olan libasda gəlmişdi. Romantik obrazını “Grisogono” olan 10 karatlıq brilyant sırğalarla tamamlamışdı.

Фрида Пинто

Supermodel Nataşa Poli dramatik obrazını “Oscar de la Renta” imzasını daşıyan donu və dumanlı göz makiyajı ilə tamamlamışdı. Obrazını “Grisogono”dan olan həcmli sırğalarla vurğulamışdı. Sırğa yaqut və ametist daşlardan hazırlanıb.

Наташа Поли

Paz Veqa Beynəlxalq Kann Kinofestivalının açılış mərasimində ən yadda qalan obrazlardan biri oldu. Bunda ona “Chanel” kolleksiyasından olan yarpaq formasındakı üzük və qolbaq kömək edib. Onların hər ikisi 18 karatlıq ağ qızıldan hazırlanıb.

Паз Вега

Britanilayı model Syuki Uoterxaus festivala çiyinləri açıq “Christian Dior”dan olan libasda gəlmişdi. Lakin onun obrazını əsas aksessuarlar vurğulayırdı. Bəzək əşyaları “Chopard”dan seçilmişdi. Ağ qızıldan hazırlanan üzüyü yaqut və brilliant qaşlar bəzəyirdi. Böyük və sallanan sırğaları da brilliant qaşlarla bəzədilib.

Сьюки Уотерхаус

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm