• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Qüsursuz üz... necə olmalıdır?

  • Qadın
  • 20 May 2014 16:09
  • 613 Baxış
Qüsursuz üz... necə olmalıdır?

Alimlər ən gözəl qadın sifətinin ölçülərini tapdıqlarını açıqlayıblar. Onlar bildiriblər ki, burada əsas məsələ gözlər, ağız və qulaqlar arasındakı məsafədir. Araşdırma Toronto Universitetinin alimləri tərəfindən aparılıb. Tədqiqatçılar tələbələrdən eyni qadının sifəti təsvir edilən və yan-yana düzülmüş şəkilləri cəlbediciliyinə görə düzməyi xahiş ediblər. Onlar fotoşopdan istifadə edərək gözlərlə ağız arasındakı vertikal məsafəni, eləcə də hər şəkildə gözlər arasındakı horizontal məsafədə dəyişiklik ediblər.

Cizgilər dəyişdirilmədən sadəcə olaraq onlar arasındakı məsafələrə dəyişiklik edilib. Qadının sifəti yalnız özününkü ilə müqayisə edilib. Silsilə sınaqlardan sonra tədqiqatçılar cizgilər arasında ən ideal uzunluq və en ölçülərini müəyyən ediblər.

Uzunluğa gəldikdə qadının gözləri ilə ağzı arasındakı məsafə onun üzünün uzunluğunun, yəni alında saçın bitdiyi yerdən çənəyə kimi üçdə biri qədər olmalıdır.

Enə gəldikdə isə onlar qadının gözləri arasındakı məsafənin qulaqları arasındakı məsafənin 46%-dən aşağı təşkil etməli olduğunu hesablayıblar.

Alimlərin fikrincə, “qüsursuz üz” ölçüləri olmayan qadınlar plastik əməliyyat kimi aşırı tədbirlərə əl atmamalıdırlar. Onlar buna saç ustasının köməyi ilə nail ola bilər. Tədqiqatçı Kanq Lee Ancelina Colinin sifətinin nə uzunluq, nə də eninə görə, nöqsansız sifət ölçülərinə uyğun gəlmədiyini söyləyib.

Publika.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırma yalnız ağdərili qadınlar üzərində aparılıb. Alimlər etiraf ediblər ki, onların aşkar etdikləri başqa qrup qadınlara şamil edilə bilməz.

Professor David Perett deyib ki, sifətin fiziki ölçüləri insanın səhhəti və uşaq dünyaya gətirmək qabiliyyəti haqqında bir çox suallara cavab tapmağa yardım edə bilər. Kişilər sifətləri cavan və cəlbedici olan qadınların daha çox maraq doğurduqlarını deyiblər. Həmçinin kişilərin daha iri gözləri olan qadınlara onların gözləri arasındakı məsafə ideal olmasa da, maraq göstərdiklərini də açıqlayıblar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR