• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

2014-ün mətbəx rəngləri - FOTOLAR

  • Qadın
  • 20 May 2014 18:33
  • 2 506 Baxış
2014-ün mətbəx rəngləri   - FOTOLAR

Mətbəxin dekorasiyası qədər, orada istifadə edilən rənglər də önəmlidir. Lakin mətbəxi daha əlverişli hala gətirmək üçün bəzi məqamlara fikir vermək lazımdır.

İsti və modern interyer yaratmaq istəyirsinizsə, mətbəxdə sarı, ağ və həsir mebellərə üstünlük verin.

Təbii tərzdən xoşunuz gəlirsə, açıq rəngli taxta mebellər alın. Ağ və bənövşəyi rənglər mətbəxi şirin göstərir.

Modern və sofistik görkəm yaratmaq üçün dekorasiyada ağ rənglərə yer verin. Rəng ahəngi yaratmaq üçün tünd bozla, zeytun yaşılını birləşdirin.

Mətbəxiniz balacadırsa, açıq rənglərin gücündən istifadə edin. Açıq qəhvəyi və açıq mavi çalarlara müraciət edə bilərsiniz.

Təmizlik və səliqə-sahman həvəskarlarına mavi və ağ rəngləri məsləhət görürük. Çünki bu rənglərin hər ikisi təmizlik, saflıq və məsumluq rəngidir. Mebellərdə iki rəngdən istifadə etsəniz, mətbəx bir az dar görünəcək.

Vintaj üslubunu sevənlər tünd qəhvəyi tonlara yönələ bilər.

Nanə yaşılı və tünd qəhvəyi də mətbəx üçün ideal rənglərdir.

Su yaşılı və açıq qəhvəyi tonlar mətbəxin sevimli görünməsi üçün uyğun rənglərdir.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR