Mehriban Əliyeva Melaniya Trampı və Bricit Makronu kölgədə qoydu - - FOTO
Bizi izləyin

Qadın

Mehriban Əliyeva Melaniya Trampı və Bricit Makronu kölgədə qoydu - - FOTO

Melaniya Tramp və Bricit Makron bu gün bütün dünya modapərəstlərinin maraqla izlədiyi birinci xanımlardır. Lakin Mehriban Əliyeva qüsursuz stili ilə Amerikanın və Fransanın birinci ledilerini kölgədə qoyub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Birinci xanım - status və nümunəvi üslub deməkdir. Bu ada layiq olmaq üçün ağıl və gözəllik, cazibə və dözüm, əda və yaxşı zövq, eləcə də digər məziyyətləri özündə birləşdirməlisən. Son vaxtlar dünya mətbuatının gündəmini əsasən Amerika və Fransanın birinci xanımları məşğul edib. Lakin postsovet ölkələrinin də onlardan heç də geri qalmayan öz zinətləri var.

Məsələn, Mehriban Arif qızı Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin həyat yoldaşı, ölkənin Birinci vitse-prezidenti, görkəmli ictimai və siyasi xadimdir. Mehriban Əliyeva Azərbaycanın ən nüfuzlu və ziyalı ailələrindən olan Paşayevlər ailəsində anadan olub. Məktəbi əla qiymətlərlə, hətta qızıl medalla bitirib. Orta məktəbi bitirdikdən sonra o, ali təhsilini Azərbaycan Tibb Universiteti və Seçenov adına Moskva Universitetində davam etdirib.

Mehriban Əliyeva ixtsasca oftalmoloqdur, amma o, həyatını peşəsinə deyil, həyatdakı roluna həsr edib. İlk növbədə o, həyat yoldaşı, ana və nənədir. O, gələcək prezidentlə ailə quranda 19 yaşı var idi. Onların nikahından iki qızı Leyla ilə Arzu və bir oğlu Heydər Əliyev dünyaya gəlib. Cənab prezident İlham Əliyevlə Mehriban Əliyeva 30 ildən çoxdur ki, xoşbəxt ömür sürür, onların məhəbbəti möhkəm və sarsılmazdır. Elə buna görə də Azərbaycanın Birinci vitse-prezidenti hər zaman ziyalı gözəlliyilə seçilir. Axı qadını sevgidən və xoşbəxt ailə həyatından savayı gözəl edən nə var? Təsadüfi deyil ki, məşhur dəb jurnalları M.Əliyevanı dəfələrlə dünyanın ən gözəl birinci xanımları siyahısına daxil edib.

Mehriban Əlieyva digər yüksək vəzifəli şəxslərin xanımlarının yanında dərhal seçilir. Xanım Əliyeva yüksək zövq duyumuna malikdir və ən sadə geyimdə belə füsunkar görünməyi bacarır.

Mehriban xanım müsahibələrinin birində söyləyib ki, moda onun üçün yalnız maraqlı prosesdir, ondan artıq deyil. Azərbaycanın birinci xanımı geyimdə daha tünd rənglərə üstünlük verir və klassik üsluba üz tutur. Onun sevdiyi dizaynerlərdən bəziləri bunlardır: Karl Lagerfeld, Corcio Armani və Ralf Loren.

Şərq ölkələrinin qadını kimi Mehriban Əliyeva hicabdan da istifadə edir, amma onu nadir hallarda daşıyır, əsasən yüngül yaylıqlara üstünlük verir. Rusiya mətbuatı onu da qeyd edib ki, Mehriban Əlieyva həm müasir geyimlərdə, həm də müsəlman ölkələri üçün ənənəvi olan hicabda eyni dərəcədə yaxşı görünür.

Məlumat üçün bildirək ki, bu məqalə Rusiya mətbuatında Azərbaycanın vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehribanın Əliyevanın doğum günü münasibətilə dərc olunub. Birinci xanım doğum gününü avqustun 26-da qeyd edəcək.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm